Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verd...
COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib
Gündəm

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

Xpress.az Redaksiyası 10.11.2026 15:06

COP31 prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum beynəlxalq iqlim prosesinə verdiyi töhfəyə və toplanmış təcrübənin ötürülməsinə görə COP29-un sədri, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevə təşəkkür edib.

Xpress.az xəbər verir ki, o, bunu Antalyada COP31 çərçivəsində təşkil olunmuş "Keçmiş COP sədrlərinin birgə bəyanatı" tədbirində bildirib.

M.Kurum Türkiyə və Azərbaycanın iki qardaş ölkə kimi birlikdə çalışdığını vurğulayıb. O, Azərbaycanın sədrliyi dövründə toplanmış təcrübə və biliklərin COP30 (Braziliya) və COP31 (Türkiyə) sədrliklərinə ötürülməsini xüsusi qeyd edib.

Bakı konfransının nəticələrindən bəhs edərkən COP31 prezidenti iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin qəbul edilməsini xüsusi vurğulayıb: "Biz Bakıda qəbul edilmiş maliyyə hədəfini mühüm nailiyyət kimi qiymətləndiririk.

M.Kurum həmçinin xatırladıb ki, COP29-da Paris Sazişinin 6-cı maddəsinin həyata keçirilməsinə dair qaydaların razılaşdırılması başa çatdırılıb. Onun sözlərinə görə, indi iqlim prosesi iştirakçılarının əsas məsuliyyəti qəbul edilmiş qərarları ölkələr və insanlar üçün konkret nəticələrə çevirməkdən ibarətdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Sabah ölkəyə yağış yağacaq -

10.11.2026 12:50 Cəmiyyət

Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları başlayıb

10.11.2026 12:33 Dünya

Ukrayna Rusiyanın təyyarə zavodunu vurdu

10.11.2026 11:59 Hadisə

İlham Əliyev Ərdoğana başsağlığı verib

10.11.2026 11:50 Hadisə

İlham Əliyevdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım

10.11.2026 10:11 Siyasət

115 ayı ovlanıb

10.11.2026 09:07 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək