Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən s...
Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək
İqtisadiyyat

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

Xpress.az Redaksiyası 10.11.2026 16:19

Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada verdikləri mesajlar olduqca aydın idi. Onlar bütün dünyaya Türkiyə ilə Azərbaycanın mövqeyini, qardaşlığını və çiyin-çiyinə dayandığını nümayiş etdirdilər. Əslində, dövlət başçılarının çıxışlarından sonra əlavə söz deməyə ehtiyac yoxdur.

Xpress.az xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbaycan mətbuatına açıqlamasında bildirib.

Nazir vurğulayıb: “Azərbaycan bizim qardaşımızdır və əbədi olaraq qardaşımız kimi qalacaq. Qarabağ uğrunda apardığınız mübarizəni yaxından izləmişik və sizi Zəfər münasibətilə ürəkdən təbrik edirik. Türkiyə Prezidentinin nümayəndə heyəti ilə birlikdə Şuşaya səfəri zamanı aramıza nifaq salmaq istəyənlərə həm Prezident İlham Əliyev, həm də bizim Prezidentimiz çox aydın mesajlar verdilər. Türkiyə və Azərbaycan olaraq bütün sahələrdə əməkdaşlığımızı və bir-birimizi dəstəkləməyi davam etdirəcəyik. İndiyədək aramızda heç bir ayrı-seçkilik olmayıb və bundan sonra da olmayacaq”.

Zəngəzur dəhlizi layihəsinə toxunan A.Uraloğlu bildirib ki, dəhliz üzrə işlərin tamamlanması diqqət mərkəzindədir: “Azərbaycanın öz ərazisindəki işləri artıq başa çatdırmaq üzrə olduğunu bilirik və prosesi yaxından izləyirik. Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək”.

Türkiyəli nazir Türkiyə–Ermənistan sərhəd-keçid məntəqələrinin açılması məsələsinə də münasibət bildirib: “Zaman bizim xeyrimizə işləyir. Ermənistanın müvafiq naziri ilə şəxsən görüşürəm. Həm dəmir yolu, həm də “Əlican” avtomobil yolu sərhəd-keçid məntəqəsinin açılması istiqamətində zəruri hazırlıq işlərini görmüşük. Qarşılıqlı razılıq əldə olunacağı təqdirdə, Azərbaycanın həssas məqamlarını da nəzərə alaraq, bu prosesin çox uzanacağını düşünmürəm. Qısa müddətdə həmin keçidləri də açmış olacağıq”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Sabah ölkəyə yağış yağacaq -

10.11.2026 12:50 Cəmiyyət

Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları başlayıb

10.11.2026 12:33 Dünya

Ukrayna Rusiyanın təyyarə zavodunu vurdu

10.11.2026 11:59 Hadisə

İlham Əliyev Ərdoğana başsağlığı verib

10.11.2026 11:50 Hadisə

İlham Əliyevdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım

10.11.2026 10:11 Siyasət

115 ayı ovlanıb

10.11.2026 09:07 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək