Dünya
Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...
Xpress.az Redaksiyası
10.11.2026 16:47
Rusiya avropalıların Ukraynada dərhal atəşkəs elan edilməsi ilə bağlı tələbləri ilə razılaşmayacaq, çünki Brüssel sadəcə vaxt qazanmağa çalışır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqlarda Avropa nümayəndələrinin iştirakı ilə bağlı danışarkən deyib.
"Abu-Dabiyə uçublar, qoy orada da oteldə otursunlar. Mən bunun perspektivli əməkdaşlıq forması olduğunu düşünmürəm. Lakin danışıqlara kömək edəcəyi əsas gətirilərək amerikalıların istədikləri şəxslərlə ünsiyyət qurmasına mane ola bilmərik və bunu etmək istəmirik",- o bildirib.