Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə İlham Əliyev Ərdoğana başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Hadisə

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xpress.az Redaksiyası 10.11.2026 11:50

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda 17 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Xpress.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Əziz Qardaşım.

İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək