Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür
Dünyanın iqlim gələcəyinin formalaşdırılacağı BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) üçüncü günündə, Liderlər Sammiti, Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində bu gün Antalyada başlayır.
Xpress.az-ın Antalyaya ezm olunmuş əməkdaşı xəbər verir ki, qlobal iqlim mübarizəsinə istiqamət verəcək COP31-in üçüncü günündə qlobal diplomatiyanın ürəyi Antalyada döyünür.
Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində keçiriləcək iki günlük COP31 Dünya Liderləri Sammiti bu gün rəsmən başlayır.
Dünyanın gözünün çevrildiyi sammitə 102 ölkənin dövlət və hökumət başçısı, 300 nazir ilə 196 ölkədən yüksək səviyyəli nümayəndə heyətləri qatılır.
Sammit çərçivəsində danışıqların və rəsmi təmasların mərkəzi olaraq hazırlanan 527 min metrlik "Mavi Zona" qapılarını liderlərə açacaq. Qərarların qəbul ediləcəyi sammitin açılışında Prezident Ərdoğan qonaq dövlət və hökumət başçılarını rəsmi mərasimlə qarşılayacaq.
Ənənəvi "ailə fotoşəkili" çəkilişindən sonra liderlər sammitin ən böyük sahəsi olan "Anadolu Salonu"nda bir araya gələcəklər.
.jpg)
COP31-in əsas vizyonu əvvəlki sammitlərdə verilən öhdəlikləri və qərarları əməli şəkildə tətbiq etmək üçün konkret addımlar atmaq olacaq. Sammitdə ev sahibi Türkiyə iqlim diplomatiyasında öncül rol oynayacaq "Fəaliyyət Gündəmi" çərçivəsində 10 prioritet mövzu başlığını beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edəcək. Bu çərçivədə; 2035-ci ilə qədər sıfır tullantı, təmiz enerji transformasiyası, iqlimə davamlı şəhərlər və yaşıl sənayeləşmə hədəfləri Türkiyənin ən kritik gündəm maddələrini təşkil edəcək.