Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanın danışıqlar komandası COP31-də fəal iş...
Azərbaycanın danışıqlar komandası COP31-də fəal işləyir -
Cəmiyyət

Azərbaycanın danışıqlar komandası COP31-də fəal işləyir - Nigar Arpadaraidən AÇIQLAMA

Xpress.az Redaksiyası 11.11.2026 12:02

Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Azərbaycan nümayəndə heyəti də fəal iştirak edir.

Xpress.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Xpress.az-a müsahibəsində COP31-in əhəmiyyəti, Azərbaycanın beynəlxalq iqlim əməkdaşlığındakı rolu və Türkiyəyə dəstəyi barədə danışıb.

Deputat bildirib ki, Azərbaycan 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı əldə olunan mühüm nəticələri və başladığı təşəbbüsləri davam etdirir. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti qardaş Türkiyənin ev sahibliyi etdiyi COP31-də həmrəylik nümayiş etdirmək və prosesə töhfə vermək məqsədilə iştirak edir.

Nigar Arpadarai qeyd edib ki, Azərbaycanın danışıqlar komandası konfrans çərçivəsində fəal işləyir, tərəflər arasında dialoqun qurulmasına və mövqelərin yaxınlaşdırılmasına kömək göstərir.

Deputat Azərbaycan pavilyonuna da böyük maraq olduğunu vurğulayıb. Bildirib ki, pavilyonda tematik günlərə uyğun müxtəlif tədbirlər təşkil olunur, dövlət qurumları və özəl sektor nümayəndələri də proqramda iştirak edirlər.

Onun sözlərinə görə, əsas məqsəd COP31-in uğurla başa çatmasıdır. Bu, təkcə Türkiyənin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin və qlobal iqlim gündəliyinin maraqlarına xidmət edir.

“Azərbaycanla Türkiyə həmişə yan-yanadır, həmişə yanaşıdırlar. Biz də Azərbaycan nümayəndə heyəti olaraq Türkiyəni dəstəkləmək üçün buradayıq. Əsas məqsəd COP-un uğurudur. Bu, həm Türkiyənin uğurudur, həm də qlobal dünya üçün vacib məsələdir”, – deyə Nigar Arpadarai bildirib.

Deputat Azərbaycan və Türkiyə arasında mövcud həmrəyliyin beynəlxalq platformalarda da özünü göstərdiyini diqqətə çatdırıb.

Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabah hava əsasən yağmursuz olacaq -

11.11.2026 12:53 Cəmiyyət

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edir -

11.11.2026 12:24 Siyasət

ICESCO-nun Baş direktoru Azərbaycan pavilyonunu ziyarət edib -

11.11.2026 12:15 Gündəm

Kerem Bürsin Xpress.az-a danışdı: Şirkətlərə sərt çağırış –

11.11.2026 11:57 Mədəniyyət

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 11:31 Siyasət

Keniya Azərbaycanda səfirlik açacaq

11.11.2026 11:16 Siyasət

Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub

11.11.2026 11:10 Hadisə

Bakıda avtomobil körpüdən aşıb

11.11.2026 11:09 Hadisə

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb

11.11.2026 10:51 Hadisə

"TikTok"da canlı yayım açan sürücülərin

11.11.2026 10:27 Cəmiyyət

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək