ICESCO-nun Baş direktoru Azərbaycan pavilyonunu ziyarət edib - COP31
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik COP31-dən gözləntisini açıqlayıb.
Xpress.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o, Azərbaycan pavilyonunu ziyarət edərək jurnalistlərə açıqlama verib.
"COP-ların əsas mesajı, demək olar ki, eynidir, lakin ətraf mühitdə və iqlimdə baş verən dəyişikliklərə uyğun olaraq müəyyən fərqlər olur. Ümid edirəm ki, burada iştirak edən hər kəs iqlimlə bağlı müzakirələrin real fəaliyyətə çevrilməsinin vacibliyini nəzərə alacaq. Bütün ölkələrin və təşkilatların öhdəliklərdən konkret fəaliyyətə keçmək üçün qətiyyət nümayiş etdirəcəyinə ümid edirəm. Mənim əsas gözləntim budur", - deyə Baş direktor bildirib.
O, əminikliklə qeyd edib ki, bu dəfə də Azərbaycanın COP-da iştirakı uğurlu olacaq.