Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təlim...
Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təlimi başlayıb
Gündəm

Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təlimi başlayıb

Xpress.az Redaksiyası 13.11.2026 10:24

Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Xpress.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də cəlb olunub.

Əvvəlcə hər üç ölkənin azadlığı uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Gürcüstan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən general-mayor Vüqar Əliverdiyev tədbir iştirakçılarına Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq, qarşıya qoyulan tapşırıqların icrasında uğurlar arzulayıb. Təlimə hər üç ölkədən 200-dən çox şəxsi heyətin cəlb olunduğunu qeyd edib.

Çıxışlardan sonra təlimin məqsədi, qarşıya qoyulan tapşırıqlar, həmçinin aidiyyəti dövlət qurumlarının fəaliyyəti haqqında mərasim iştirakçılarına geniş məlumat verilib.

Bildirilib ki, mütəmadi keçirilən təlimin məqsədi regional iqtisadi layihələrin və strateji obyektlərin mühafizəsi üzrə birgə fəaliyyətlərin koordinasiyasını təkmilləşdirmək, eləcə də iştirakçıların təbii resursların daşınması zamanı təhlükəsizliyin təmin edilməsinə dair əməliyyat və analitik bacarıqlarını inkişaf etdirməkdir.

Qeyd edək ki, qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təlimi noyabrın 20-dək davam edəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

13.11.2026 17:20 İqtisadiyyat

Fərhad Bədəlbəyli: Mədəniyyət Nazirliyi ziyalılarla məsləhətləşməlidir

13.11.2026 16:46 Mədəniyyət

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

13.11.2026 15:01 Gündəm

Sabah 22 dərəcə isti olacaq

13.11.2026 13:41 Cəmiyyət

13.11.2026 13:09 Siyasət

AzAK-ın beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir

13.11.2026 12:18 İqtisadiyyat

AzAK: Akkreditasiya üzrə 92 müraciət daxil olub, 101 attestat verilib

13.11.2026 11:36 İqtisadiyyat

Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir

13.11.2026 11:31 İqtisadiyyat

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

13.11.2026 11:07 Gündəm

Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

13.11.2026 09:52 Hadisə

Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarıldı

13.11.2026 09:01 Cəmiyyət

İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər

13.11.2026 08:39 İqtisadiyyat

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək