Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda iş elanı:
Azərbaycanda iş elanı:
Cəmiyyət

Azərbaycanda iş elanı: 25 gün işlə, 11 min dollar qazan!

Xpress.az Redaksiyası 16.11.2026 12:10

Asiya İnkişaf Bankı (AİB) Abşeron dairəvi dəmir yolu layihəsinin hazırlanmasına dəstək çərçivəsində milli sosial təminatlar üzrə mütəxəssisin cəlb edilməsi üçün maraq ifadələrinin təqdim olunması barədə elan yayıb.

Xpress.az Trend-ə istinadən xəbər verir ki, müvafiq işlər üzrə fərdi məsləhətçi xidmətlərinin satın alınması nəzərdə tutulur. Bu xidmətlər üçün ayrılmış büdcə 11 min ABŞ dolları təşkil edir. Mütəxəssisin nəzərdə tutulan ümumi iş həcmi 25 iş günüdür.

Məsləhətçinin işə 2026-cı il dekabrın 1-də başlaması planlaşdırılır. Müqavilə mütəxəssisin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi və AİB-in, eləcə də müvafiq dövlət qurumlarının qərarı əsasında uzadıla bilər.

Maraqlanan şəxslər müraciətlərini 2026-cı il noyabrın 18-dək təqdim etməlidirlər.

Layihənin icraçı qurumu “Azərbaycan Dəmir Yolları” QSC-dir. Elan üzrə əlaqələndirici şəxs AİB-in baş nəqliyyat mütəxəssisi Jurgen Sluijterdir.

Qeyd edək ki, elan fərdi məsləhətçi xidmətlərinin seçilməsi ilə bağlıdır.

Xatırladaq ki, Abşeron dairəvi dəmir yolu xətti 2020-ci il martın 18-də Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılması ilə tam istismara verilib. Xəttin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometr təşkil edir. Hazırda AİB bu dəmir yolu layihəsinin hazırlanmasına dəstək göstərilməsi üçün mütəxəssis cəlb etməyi planlaşdırır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq

16.11.2026 21:08 Cəmiyyət

Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir

16.11.2026 20:49 Cəmiyyət

Yəmən qüvvələri Bab əl-Məndəbdən çəkilir:

16.11.2026 19:57 Siyasət

Binəqədi Tibb Mərkəzi 30 min manat borca düşdü

16.11.2026 17:59 Cəmiyyət

Kirayədə qalanların bilmədiyi qayda -

16.11.2026 17:44 Cəmiyyət

“Cahan-Motors”la “Atəşgah Sığorta” arasında 13 min manatlıq

16.11.2026 17:22 Cəmiyyət

Yalçın Rəfiyev: COP31-in ilk həftəsi məhsuldar görüşlər və mühüm müzakirələrlə yadda qalıb

16.11.2026 17:21 Gündəm

Salyan rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

16.11.2026 16:59 Təhsil

"Azərişıq"ın Bilgəh tapmacası - Vətəndaşın kupçalı mülkünü zəbt edib transformator quraşdırıblar! –

16.11.2026 16:32 Cəmiyyət

Banklarla bağlı narazılıq:Bank Avrasiya, Yelo Bank, UNİBANK….

16.11.2026 16:00 İqtisadiyyat

Gələn il Azərbaycanda minimum maaş bu qədər olacaq

16.11.2026 15:55 Cəmiyyət

Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

16.11.2026 15:00 Cəmiyyət

Minlərlə telefon xətti ləğv edilir?

16.11.2026 13:49 Cəmiyyət

Yeni ili xaricdə harada keçirmək daha sərfəlidir?-

16.11.2026 13:17 Cəmiyyət

Dünyanı təşvişə salan məlumatlar yayıldı, əhaliyə xəbərdarlıq edildi –

16.11.2026 13:02 Cəmiyyət

“Sea Breeze”in tikinti şirkətinin vergi borcu yarandı

16.11.2026 12:45 İqtisadiyyat

Xaçmazda “Kontakt Home”dan məhsul alan 5 nəfər

16.11.2026 10:40 Cəmiyyət

Bakıda bu ərazidə evi olanlara

16.11.2026 10:20 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək