Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Cahan-Motors”la “Atəşgah Sığorta” arasında 13 mi...
 “Cahan-Motors”la “Atəşgah Sığorta” arasında 13 min manatlıq
Cəmiyyət

“Cahan-Motors”la “Atəşgah Sığorta” arasında 13 min manatlıq QALMAQAL

Xpress.az Redaksiyası 16.11.2026 17:22

“Cahan-Motors” MMC “Atəşgah” Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Plat.az-ın əldə etdiyi məlumata görə, iddiaçı cavabdehdən 13 065 manat sığorta ödənişinin, hüquqi yardım üçün ödədiyi 500 manatın, həmçinin məhkəməyə müraciət zamanı ödədiyi 131 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş edib.

İşə baxan Bakı Kommersiya Məhkəməsində cavabdeh “Atəşgah” Sığorta Şirkəti ASC vəsatətlə çıxış edərək işin Səbail Rayon Məhkəməsinə göndərilməsini istəyib. 

Lakin Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi qərardadla ASC-nin vəsatəti təmin edilməyib.

Bundan narazı qalan sığorta şirkəti həmin qərardaddan şikayət verib. Cavabdeh qərardadın ləğv olunmasını və işin baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş edib.

Bakı Kommersiya Məhkəməsinin növbəti qərardadı ilə şikayət təmin edilməyib. Şikayətə işlə birlikdə baxılması üçün materialların Ali Məhkəməyə göndərilməsi qərara alınıb.

Ali Məhkəmə ASC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərkən onun prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edib. Məhkəmə kollegiyasının diqqət yetirdiyi əsas məqam şikayətin imzalanması və ona əlavə edilməli sənədlərlə bağlı olub. Müəyyən edilib ki, şikayət yalnız cavabdeh şirkətin nümayəndəsi tərəfindən imzalanıb, müdafiəçisinin imzası ilə təsdiqlənməyib. Bundan başqa, şikayətə order də əlavə edilməyib. 

Məhkəmə bu halları prosessual qanunvericiliyin tələblərinə uyğunsuzluq kimi qiymətləndirərək şikayətin mahiyyəti üzrə araşdırılmasına əsas görməyib.

Nəticədə Ali Məhkəmə qərara alıb ki, Bakı Kommersiya Məhkəməsinin qərardadından “Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilib.

Beləliklə, Ali Məhkəmə sığorta şirkətinin işin Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə tələbini mahiyyəti üzrə həll etməyib. Qərar şikayətin prosessual tələblərə uyğun tərtib edilməməsi ilə bağlı olub. “Cahan-Motors” MMC-nin 13 065 manat sığorta ödənişinin tutulması barədə əsas iddiası üzrə isə bu qərarla yekun nəticə müəyyən edilməyib.

Qeyd edək ki, avtomobillərin təmiri və satışı ilə məşğul olan “Cahan-Motors” MMC 2006-cı ildən fəaliyyət göstərir. Qanuni təmsilçisi isə Allahyarov Ülvi Hüseyn oğludur. 

“Atəşgah” Sığorta Şirkəti ASC isə 1996-cı ildə təsis edilib. Nizamnamə kapitalı 5 008 500 manat olan şirkətin qanuni təmsilçisi Əhmədov Elçin Rəşid oğludur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq

16.11.2026 21:08 Cəmiyyət

Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir

16.11.2026 20:49 Cəmiyyət

Yəmən qüvvələri Bab əl-Məndəbdən çəkilir:

16.11.2026 19:57 Siyasət

Binəqədi Tibb Mərkəzi 30 min manat borca düşdü

16.11.2026 17:59 Cəmiyyət

Kirayədə qalanların bilmədiyi qayda -

16.11.2026 17:44 Cəmiyyət

Yalçın Rəfiyev: COP31-in ilk həftəsi məhsuldar görüşlər və mühüm müzakirələrlə yadda qalıb

16.11.2026 17:21 Gündəm

Salyan rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

16.11.2026 16:59 Təhsil

"Azərişıq"ın Bilgəh tapmacası - Vətəndaşın kupçalı mülkünü zəbt edib transformator quraşdırıblar! –

16.11.2026 16:32 Cəmiyyət

Banklarla bağlı narazılıq:Bank Avrasiya, Yelo Bank, UNİBANK….

16.11.2026 16:00 İqtisadiyyat

Gələn il Azərbaycanda minimum maaş bu qədər olacaq

16.11.2026 15:55 Cəmiyyət

Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

16.11.2026 15:00 Cəmiyyət

Minlərlə telefon xətti ləğv edilir?

16.11.2026 13:49 Cəmiyyət

Yeni ili xaricdə harada keçirmək daha sərfəlidir?-

16.11.2026 13:17 Cəmiyyət

Dünyanı təşvişə salan məlumatlar yayıldı, əhaliyə xəbərdarlıq edildi –

16.11.2026 13:02 Cəmiyyət

“Sea Breeze”in tikinti şirkətinin vergi borcu yarandı

16.11.2026 12:45 İqtisadiyyat

Azərbaycanda iş elanı:

16.11.2026 12:10 Cəmiyyət

Xaçmazda “Kontakt Home”dan məhsul alan 5 nəfər

16.11.2026 10:40 Cəmiyyət

Bakıda bu ərazidə evi olanlara

16.11.2026 10:20 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək