Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı vaxt...
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı vaxtı
Cəmiyyət

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı vaxtı AÇIQLADI

Xpress.az Redaksiyası 11.11.2026 16:02

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu COP31 tədbiri çərçivəsində Zəngəzur dəhlizinin tikintisi və istifadəyə veriləcəyi müddətlə bağlı açıqlama verib.

Xpress.az-ın xəbərinə görə, nazir bildirib ki, layihə başa çatdıqdan sonra Azərbaycanla Türkiyə arasında Türk dünyasına birləşən daha qısa və yüksək standartlara malik dəmir yolu və avtomobil yolu istifadəyə veriləcək.

Uraloğlunun sözlərinə görə, Zəngəzur dəhlizi regionda yükdaşımaların həcminə ciddi töhfə verəcək və gələcəkdə nəqliyyat tutumu ilə bağlı problem aradan qalxacaq.

O qeyd edib ki, dəhliz vasitəsilə ildə 10 milyon tondan artıq, hətta 30 milyon tona qədər yük daşımaq mümkün olacaq.

Layihənin nə zaman tamamlanacağı ilə bağlı suala cavab verən nazir Türkiyə ərazisində tikinti işlərinə artıq başlanıldığını bildirib. Onun sözlərinə görə, Kars–Iğdır–Aralık–Dilucu istiqamətində dəmir yolu xətti inşa edilir. Azərbaycan tərəfi də Ermənistan istiqamətində irəliləyir.

Uraloğlu Ermənistan ərazisində yerləşən 45 kilometrlik hissədə isə hələ tikintiyə başlanılmadığını diqqətə çatdırıb. O, layihənin tamamlanması üçün dörd ilin yaxşı müddət olduğunu vurğulayıb.

Türkiyəli nazir Azərbaycanla digər nəqliyyat layihələrindən də danışıb. Bildirib ki, iki ölkə arasında aviasiya və avtomobil nəqliyyatı davam edir, Bakı–Tbilisi–Qars dəmir yolu xətti də fəaliyyət göstərir.

Uraloğlu vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə iki ölkə arasında nəqliyyat əlaqələri sahəsində mövcud problemlərin böyük hissəsi həllini tapacaq.

O, Zəngəzur dəhlizinin həm Azərbaycan, həm Türkiyə, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bolqarıstanda fon der Lyayenin kortejinə yumurta atıblar

11.11.2026 17:01 Dünya

Zəfərlər və Şahəsərlər silsiləsi: Səmanı vətənə qaytaran pilot -

11.11.2026 15:27 Cəmiyyət

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 15:13 Siyasət

Ərdoğan COP31-də göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

11.11.2026 15:06 Siyasət

Məryəm Üzərlidən azərbaycanlılara təşəkkür:

11.11.2026 13:49 Mədəniyyət

Sabah hava əsasən yağmursuz olacaq -

11.11.2026 12:53 Cəmiyyət

ICESCO-nun Baş direktoru Azərbaycan pavilyonunu ziyarət edib -

11.11.2026 12:15 Gündəm

Azərbaycanın danışıqlar komandası COP31-də fəal işləyir -

11.11.2026 12:02 Cəmiyyət

Kerem Bürsin Xpress.az-a danışdı: Şirkətlərə sərt çağırış –

11.11.2026 11:57 Mədəniyyət

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 11:31 Siyasət

Keniya Azərbaycanda səfirlik açacaq

11.11.2026 11:16 Siyasət

Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub

11.11.2026 11:10 Hadisə

Bakıda avtomobil körpüdən aşıb

11.11.2026 11:09 Hadisə

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb

11.11.2026 10:51 Hadisə

"TikTok"da canlı yayım açan sürücülərin

11.11.2026 10:27 Cəmiyyət

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək