Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət 600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi...
600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq
Cəmiyyət

600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq

Xpress.az Redaksiyası 16.11.2026 21:08

Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması məqsədilə həyata keçirilən layihə yeni peşəkar inkişaf mərhələsinə keçir.

Bu mərhələdə Milli Müdafiə Universitetinin intellektual bölmələrinin əhatə dairəsi genişləndirilib və yüksək akademik nəticələrlə yanaşı, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika, proqramlaşdırma və digər müasir texnoloji istiqamətlər üzrə peşəkar səriştələr də seçim prosesində nəzərə alınır.

Eyni zamanda, çağırışçıların elektron müraciətlərinin qəbulu üçün portal istifadəyə verilib. Yeni yanaşmanın əsas məqsədi müasir müdafiə sisteminin artan texnoloji tələbləri fonunda xüsusi bilik və səriştələrə malik gənclərin potensialını aidiyyəti fəaliyyət istiqamətləri ilə uzlaşdırmaq və onların peşəkar imkanlarından daha məqsədyönlü istifadə etməkdir.

İntellektual bölmələr modeli çağırışçıların ixtisas profilini hərbi xidmətin real funksional ehtiyacları ilə uzlaşdırır.

İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və digər əlaqəli mühəndislik sahələri üzrə üstün hazırlığa malik gənclərin müvafiq struktur bölmələrə cəlbi onların mövcud peşəkar kompetensiyalarını xidmət dövründə praktik dəyərə çevirir. Eyni zamanda, bu yanaşma həmin kateqoriyadan olan gənclərə hərbi xidmət dövründə ixtisas üzrə təcrübə qazanmaq, yeni kompetensiyalar formalaşdırmaq və peşəkar inkişaflarını davam etdirmək imkanı verir.

Tətbiq olunan model xaricdə təhsil almış gənclər arasında hərbi xidmətə marağın artmasına, yerli ali təhsil müəssisələrinin tələbələri arasında isə yüksək akademik nəticələrə və peşəkar inkişafa yönələn sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir.

Layihə çərçivəsində formalaşmış yaxşı təcrübə, o cümlədən informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt və digər oxşar istiqamətlər üzrə yüksək hazırlıqlı mütəxəssislərə artan ehtiyac onun yeni mərhələyə keçidini şərtləndirir. Mövcud seçim meyarları saxlanılmaqla yeni peşəkar və texnoloji meyarların əlavə edilməsi xüsusi bilik, bacarıq və nailiyyətlərə malik çağırışçıların da intellektual bölmələr üzrə seçim dairəsinə daxil edilməsinə imkan yaradır.

İntellektual bölmələrdə xidmətə aşağıdakı seçim meyarlarından ən azı birinə uyğun gələn çağırışçılar cəlb oluna bilərlər:

- Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə 600 və daha yüksək bal toplamış şəxslər;

- Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmuş beynəlxalq və respublika fənn olimpiadaları, beynəlxalq müsabiqə və yarışların qalibləri;

- əvvəlki təqvim ilinin nəticələrinə əsasən "Times Higher Education World University Rankings" və ya "Academic Ranking of World Universities" reytinqlərində ilk 500-də yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunları;

- "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" üzrə təsdiq edilmiş ali təhsil müəssisələri və təhsil proqramlarının məzunları (təhsilin Dövlət Proqramı və ya şəxsi vəsait hesabına maliyyələşdirilməsindən asılı olmayaraq);

- informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində "Advanced" və ya "Expert" səviyyəli nüfuzlu beynəlxalq sertifikatlardan birinə malik şəxslər (müvafiq siyahı portalın "Sənədlər" bölməsində yerləşdirilib);

- robototexnika, insansız sistemlər, süni intellekt, kibertəhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə ölkə və beynəlxalq səviyyəli olimpiada, yarış və müsabiqələrin qalibləri (müvafiq siyahı portalın "Sənədlər" bölməsində yerləşdirilib).

Müdafiə Nazirliyinin tabeliyində müddətli həqiqi hərbi xidmət keçəcək və müəyyən edilmiş seçim meyarlarına uyğun gələn çağırışçılar və ya onların ailə üzvləri Milli Müdafiə Universitetinin rəsmi internet saytının (mmu.edu.az) "İntellektual bölmələr" hissəsi vasitəsilə elektron müraciət edə bilərlər.

Vətəndaşlar ətraflı məlumatı müvafiq portalın "Sənədlər" bölməsindən əldə edə, zərurət yarandığı təqdirdə Milli Müdafiə Universitetinin Çağrı Mərkəzi - *0811 (iş günləri saat 09:00-dan 17:30-dək) ilə əlaqə saxlaya bilərlər.

Paylaş:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir

16.11.2026 20:49 Cəmiyyət

Yəmən qüvvələri Bab əl-Məndəbdən çəkilir:

16.11.2026 19:57 Siyasət

Binəqədi Tibb Mərkəzi 30 min manat borca düşdü

16.11.2026 17:59 Cəmiyyət

Kirayədə qalanların bilmədiyi qayda -

16.11.2026 17:44 Cəmiyyət

“Cahan-Motors”la “Atəşgah Sığorta” arasında 13 min manatlıq

16.11.2026 17:22 Cəmiyyət

Yalçın Rəfiyev: COP31-in ilk həftəsi məhsuldar görüşlər və mühüm müzakirələrlə yadda qalıb

16.11.2026 17:21 Gündəm

Salyan rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

16.11.2026 16:59 Təhsil

"Azərişıq"ın Bilgəh tapmacası - Vətəndaşın kupçalı mülkünü zəbt edib transformator quraşdırıblar! –

16.11.2026 16:32 Cəmiyyət

Banklarla bağlı narazılıq:Bank Avrasiya, Yelo Bank, UNİBANK….

16.11.2026 16:00 İqtisadiyyat

Gələn il Azərbaycanda minimum maaş bu qədər olacaq

16.11.2026 15:55 Cəmiyyət

Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

16.11.2026 15:00 Cəmiyyət

Minlərlə telefon xətti ləğv edilir?

16.11.2026 13:49 Cəmiyyət

Yeni ili xaricdə harada keçirmək daha sərfəlidir?-

16.11.2026 13:17 Cəmiyyət

Dünyanı təşvişə salan məlumatlar yayıldı, əhaliyə xəbərdarlıq edildi –

16.11.2026 13:02 Cəmiyyət

“Sea Breeze”in tikinti şirkətinin vergi borcu yarandı

16.11.2026 12:45 İqtisadiyyat

Azərbaycanda iş elanı:

16.11.2026 12:10 Cəmiyyət

Xaçmazda “Kontakt Home”dan məhsul alan 5 nəfər

16.11.2026 10:40 Cəmiyyət

Bakıda bu ərazidə evi olanlara

16.11.2026 10:20 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək