Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət "TRIPP layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəz...
"TRIPP layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır"
Siyasət

"TRIPP layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır"

Xpress.az Redaksiyası 24.11.2026 20:35

Azərbaycanla Ermənistan arasında 42 kilometrlik dəmir yolu dəhlizi barədə ötən il və ondan əvvəlki dövrdə ABŞ ilə Ermənistan arasında danışıqlar aparılıb. Danışıqlarda layihəni həyata keçirəcək şirkətin yaradılması və payların bölüşdürülməsi məsələləri müzakirə olunub. Azərbaycan tərəfi də bu proses barədə məlumatlandırılıb.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, həmin dəhlizin giriş və çıxış nöqtələri Azərbaycan sərhədinə bağlıdır. Ona görə də layihənin həyata keçirilməsi və yüklərin daşınmasının düzgün təşkili üçün Azərbaycanın mövqeyi nəzərə alınmalıdır.

“Azərbaycan bu layihəni alqışlayır və onun qısa müddətdə başa çatmasını arzulayır. Artıq ərazidə müəyyən fiziki işlərin başlanmasına dair məlumatlar da var.

Bu layihə Azərbaycan üçün bir neçə baxımdan əhəmiyyətlidir.

“Birincisi, ölkədaxili baxımdan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəliş üçün yeni imkanlar yaradacaq.

İkincisi, layihənin regional əhəmiyyəti var. Bu dəhliz Şərq-Qərb nəqliyyat marşrutunun və Orta Dəhlizin yeni bir istiqaməti olacaq. Təkcə Azərbaycan və Ermənistan deyil, digər region ölkələri də bu layihədən faydalana biləcəklər”, - deyə C.Bayramov vurğulayıb.

Nazir diqqətə çatdırıb ki, Şərq-Qərb marşrutu ilə böyük həcmdə yüklər daşınır. Avropa İttifaqı, Çin və digər Asiya ölkələri arasında yükdaşımaların həcmi kifayət qədər böyükdür. Belə layihələrdə yükdaşıyanlar yalnız bir marşruta deyil, bütövlükdə regionun nəqliyyat imkanlarına baxırlar. Buna görə də alternativ yolların çox olması bütün region üçün əlavə imkanlar yaradır və yeni yüklərin cəlb olunmasına kömək edir.

“Layihənin digər mühüm tərəfi onun praktiki nəticələri ilə bağlıdır. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda, Türkiyədə 224 kilometr uzunluğunda Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin icrasına başlanılıb.

Bütün bu layihələr bir-biri ilə əlaqəli şəkildə həyata keçirildikdə, böyük bir regional dəmir yolu şəbəkəsi formalaşacaq. Bakı-Tbilisi-Qars, Qars-İğdır-Dilucu və Naxçıvan dəmir yollarının birləşməsi yeni nəqliyyat imkanları yaradacaq. Bu, yüklərin daha rahat və alternativ marşrutlarla daşınmasına şərait yaradacaq”, - deyə nazir əlavə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

AzMİU-da “Rəqəmsal Gələcəyin Kodları: İnnovasiya və Gənclik” layihəsinin açılışı keçirilib

25.11.2026 19:11 Cəmiyyət

Elmira Şabanova vəfat etdi

25.11.2026 19:00 Mədəniyyət

"Bank Respublika"nın sədr müavini vəzifəsindən azad edilib

25.11.2026 18:50 İqtisadiyyat

Dünyada bəzi ölkələr niyə dörd günlük iş həftəsinə keçir?

25.11.2026 18:10 Cəmiyyət

Sifarişiniz gecikir, kuryer yoxdur? Şirkətlərin gizlətdiyi qanuni haqqınız

25.11.2026 17:29 Cəmiyyət

Kəlbəcər qayıdışın və dirçəlişin təntənəsidir

25.11.2026 17:10 Siyasət

Azərbaycan Qadını – Dünən, Bu gün, Sabah -

25.11.2026 16:35 Cəmiyyət

Restoran menyusunda göstərilən qiymətlə hesab fərqli olarsa, müştəri nə etməlidir?

25.11.2026 16:28 Cəmiyyət

İran boğulur:

25.11.2026 16:03 Dünya

Gəncə və Göygölün turizm imkanlarının təşviqi məqsədilə səfər təşkil olunub

25.11.2026 15:50 Turizm

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

25.11.2026 15:37 Cəmiyyət

Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 15:05 Texnologiya

Marketlərdə məhsulların son istifadə tarixi necə yoxlanılmalıdır?

25.11.2026 14:53 Cəmiyyət

Azərbaycanda tək yaşayan insanların sayı niyə artır?

25.11.2026 14:19 Cəmiyyət

Azərbaycanda orta əməkhaqqı ilə normal yaşamaq mümkündürmü?

25.11.2026 13:43 Cəmiyyət

Süfrəmizə zəhər daşıyırmışlar:

25.11.2026 13:25 Cəmiyyət

"BakuBus" avtobusu piyadanı vurub

25.11.2026 13:08 Hadisə

Məhkəmə “Su İdman Sarayı”nı

25.11.2026 12:53 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək