Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Masallıda “Şüurlu Ata – Sağlam Gələcək” layihəsi h...
Masallıda “Şüurlu Ata – Sağlam Gələcək” layihəsi həyata keçirilib
Cəmiyyət

Masallıda “Şüurlu Ata – Sağlam Gələcək” layihəsi həyata keçirilib

Xpress.az Redaksiyası 21.11.2026 16:22

Ataların doğuşdan sonrakı dövrdə və erkən uşaqlıq mərhələsində övladlarının həyatında daha fəal iştirakını təşviq edən “Şüurlu Ata – Sağlam Gələcək” maarifləndirici təlim-forumu Masallı rayonunda keçirilib.

14 noyabr 2026-cı il tarixində Masallı rayonunda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Şüurlu Ata – Sağlam Gələcək” adlı maarifləndirici təlim-forum təşkil olunub.

Layihənin yaradıcısı, təşəbbüskarı və rəhbəri Əsmər Sadıqzadədir. Layihə ailə daxilində valideyn məsuliyyətinin bölüşdürülməsi, ataların doğuşdan sonrakı dövrdə ana və uşağın həyatında daha fəal iştirakının təşviqi, eləcə də cəmiyyətdə şüurlu atalıq anlayışının formalaşdırılması məqsədilə hazırlanıb.

Tədbirin əsas məqsədi atalıq məsuliyyətinə yalnız maddi təminat prizmasından deyil, həm də emosional iştirak, uşağın inkişafında fəal rol və ana ilə birgə valideynlik məsuliyyəti kontekstindən yanaşılmasının vacibliyini diqqətə çatdırmaq olub.

Təlim-forumda tibbi və psixoloji istiqamətlər üzrə mütəxəssislər iştirakçılarla öz bilik və təcrübələrini bölüşüblər. Çıxış edən mütəxəssislər arasında cərrah-ginekoloq Xatirə Şeyxzadə, uşaq cərrahı Dr. Cavid Abdullayev və psixoloq Süsən Axundova yer alıblar.

Tədbir çərçivəsində ata məsuliyyəti, ana və uşaq sağlamlığı, doğuşdan sonrakı dövrdə ailə dəstəyi, ata-uşaq münasibətlərinin psixoloji əsasları və ailədə valideynlər arasında məsuliyyət bölgüsü kimi mövzulara toxunulub. İştirakçılara nəzəri məlumatlarla yanaşı, praktik maarifləndirmə imkanları da təqdim edilib.

Layihənin reallaşdırılmasında Məlhəm Beynəlxalq Hospital, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, Şəkərbala Uşaq Bağçası və Masallı Gənclər Evi tərəfdaş qismində iştirak ediblər.

Sosial məsuliyyət və sağlamlıq maarifləndirilməsinə dəstək çərçivəsində iştirakçılara Məlhəm Beynəlxalq Hospital və Bioloji Təbabət tərəfindən tibbi xidmətlər üzrə 20 faiz endirim kuponları təqdim olunub.

“Şüurlu Ata – Sağlam Gələcək” layihəsi ataların ailə həyatında iştirakını artırmaqla yanaşı, valideynlik məsuliyyətinin ortaq dəyər kimi qəbul edilməsinə töhfə verməyi hədəfləyir.

Layihənin rəhbəri Əsmər Sadıqzadənin təşəbbüsü ilə reallaşdırılan bu tədbir ailə və uşaq sağlamlığı mövzusunda müxtəlif peşə sahiblərini, valideynləri və gələcək valideynləri bir araya gətirərək cəmiyyət üçün aktual olan məsələlərin müzakirəsinə imkan yaradıb.

Layihənin əsas hədəflərindən biri bu istiqamətdə maarifləndirmə fəaliyyətini genişləndirmək, təşəbbüsün əhatə dairəsini Masallı ilə məhdudlaşdırmayaraq Azərbaycanın digər bölgələrinə də çatdırmaqdır.

u Ata – Sağlam Gələcək” layihəsi həyata keçirilib

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu il Mərkəzi Bank hansı qanun pozuntularına görə bankları cərimələyib? –

21.11.2026 18:19 İqtisadiyyat

Məleykə Abbaszadə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr imzalamayıb

21.11.2026 17:58 Cəmiyyət

Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU

21.11.2026 17:33 Təhsil

“Sən sağal, həyata qayıt...” –

21.11.2026 16:42 Gündəm

Qaz limitləri sıfırlanır -

21.11.2026 14:23 Cəmiyyət

Sevda Əsgərova

21.11.2026 14:14 Cəmiyyət

Bazar günü hava necə olacaq?

21.11.2026 13:48 Cəmiyyət

Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək

21.11.2026 10:30 Cəmiyyət

Bir gecədə sönən üç həyat, yarımçıq qalan arzular:

21.11.2026 09:48 Gündəm

Prezidentlər Birgə Bəyanat qəbul etdilər –

21.11.2026 09:03 Siyasət

İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub

20.11.2026 20:48 İqtisadiyyat

DTX terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri həbs edib

20.11.2026 18:56 Hadisə

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib

20.11.2026 17:59 Cəmiyyət

Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib

20.11.2026 17:38 Cəmiyyət

Blogger jurnalist statusu ala bilərmi?

20.11.2026 15:49 Media

Android-i artıq iPhone-da da işlətmək mümkün olacaq:

20.11.2026 15:30 Texnologiya

Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır

20.11.2026 15:22 Gündəm

"LC Waikiki" və "Penti"nin sahibi nizamnamə kapitalını yenə azaltdı

20.11.2026 15:11 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək