Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış m...
REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib
Cəmiyyət

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib

Xpress.az Redaksiyası 20.11.2026 17:59

20 noyabr 2026-cı il tarixində Gəncə İdman Sarayında Qərb regionunda ilk dəfə bu miqyasda təşkil olunan REGİONAL EXPO GƏNCƏ 2026 – Sahibkarların Təqdimat Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Tədbir dövlət və özəl sektor nümayəndələrinin, sahibkarların, iş adamlarının və ictimaiyyət təmsilçilərinin iştirakı ilə baş tutub.

Rəsmi protokol açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, TECHERA-nın direktoru Ramil İsmayılov, millət vəkili Müşfiq Cəfərov, sərginin baş sponsoru OVERMETAL şirkətinin direktoru Kənan Bəşirov çıxış edərək tədbirin əhəmiyyətindən, sahibkarlığın inkişafı, regionlararası iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin genişləndirilməsi baxımından yaratdığı imkanlardan bəhs ediblər.

Açılış mərasimindən sonra rəsmi qonaqlar sərgi zonası ilə tanış olub, iştirakçı müəssisələrin məhsul və xidmətlərinə baxış keçirib, sahibkarlarla görüşüblər.

112 müəssisə bir platformada!

REGİONAL EXPO GƏNCƏ 2026 çərçivəsində 112 müəssisə öz məhsul və xidmətlərini təqdim edir. Sərgi sahibkarlar arasında yeni əməkdaşlıqların qurulması, investisiya imkanlarının müzakirəsi və biznes əlaqələrinin inkişafı üçün geniş platforma yaradır.

Tədbir çərçivəsində:

* B2B – Biznesdən biznesə görüşlər;
* B2G – Biznes və dövlət qurumları arasında görüşlər;
* B2U – Biznes və universitetlər arasında əməkdaşlıq görüşləri;
* Contract Zone – Müqavilə və əməkdaşlıq imkanları zonası yaradılıb.

Sərginin əsas məqsədi region sahibkarlarının potensialını nümayiş etdirmək, yerli istehsalçı və xidmət təminatçılarını bir araya gətirmək, yeni tərəfdaşlıqların və kommersiya əlaqələrinin formalaşmasına dəstək verməkdir.

Tədbirin təşkilatçıları TECHERA, Gəncə Şəhər İcra Hakimiyyəti və GBARU-dur.

Sərginin baş sponsoru OVERMETAL, qızıl sponsoru Buta Estetik Mərkəzi, promo tərəfdaşı isə MK Group Reklam şirkətləridir.

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisi 21 noyabr tarixində də davam edəcək.

Qərb regionunun iqtisadi və biznes potensialını bir araya gətirən bu sərgi sahibkarlar, şirkətlər və ziyarətçilər üçün yeni imkanlar platformasıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu il Mərkəzi Bank hansı qanun pozuntularına görə bankları cərimələyib? –

21.11.2026 18:19 İqtisadiyyat

Məleykə Abbaszadə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr imzalamayıb

21.11.2026 17:58 Cəmiyyət

Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU

21.11.2026 17:33 Təhsil

“Sən sağal, həyata qayıt...” –

21.11.2026 16:42 Gündəm

Masallıda “Şüurlu Ata – Sağlam Gələcək” layihəsi həyata keçirilib

21.11.2026 16:22 Cəmiyyət

Qaz limitləri sıfırlanır -

21.11.2026 14:23 Cəmiyyət

Sevda Əsgərova

21.11.2026 14:14 Cəmiyyət

Bazar günü hava necə olacaq?

21.11.2026 13:48 Cəmiyyət

Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək

21.11.2026 10:30 Cəmiyyət

Bir gecədə sönən üç həyat, yarımçıq qalan arzular:

21.11.2026 09:48 Gündəm

Prezidentlər Birgə Bəyanat qəbul etdilər –

21.11.2026 09:03 Siyasət

İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub

20.11.2026 20:48 İqtisadiyyat

DTX terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri həbs edib

20.11.2026 18:56 Hadisə

Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib

20.11.2026 17:38 Cəmiyyət

Blogger jurnalist statusu ala bilərmi?

20.11.2026 15:49 Media

Android-i artıq iPhone-da da işlətmək mümkün olacaq:

20.11.2026 15:30 Texnologiya

Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır

20.11.2026 15:22 Gündəm

"LC Waikiki" və "Penti"nin sahibi nizamnamə kapitalını yenə azaltdı

20.11.2026 15:11 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək