Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU
Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU
Təhsil

Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU

Xpress.az Redaksiyası 21.11.2026 17:33

Təhsil sektorunda fəaliyyət göstərən bəzi məmurlar vəzifədən getdikdən sonra da bu sahədən uzaqlaşmayıblar. Onlar daha əvvəl təhsil siyasətinin formalaşmasında iştirakçı olsalar da, ardınca karyeralarını akademik mühitdə, universitetlərdə davam etdiriblər.

Bu kontekstdə Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) daha çox fərqlənir. Belə ki, bir vaxtlar təhsil sahəsində mühüm qərarlar verən şəxslərin vəzifədən ayrıldıqdan sonra üz tutduqları mühüm ünvanlardan biri məhz BDU-dur.


Onlarla bağlı məlumatları təqdim edirik:
     Misir Mərdanov - 1989-cu ildən 1992-ci ilin oktyabr ayına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrini tutub. 1992-1996-cı illərdə BDU-da tədris işləri üzrə prorektor, 1996-1998-ci illərdə isə rektor vəzifəsində çalışıb. Misir Mərdanovun karyerasının əsas mərhələsi 1998-ci ildən 2013-cü il aprelin 18-nə qədər olan dövrü əhatə edir. Bu illərdə o, təhsil naziri olub. Cari ilin yanvar ayından isə sabiq nazir universitetin Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.


Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU
İradə Hüseynova - 1985-2005-ci illərdə BDU-da müəllim olan İradə Hüseynova 2002-ci ildə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 2011-ci ilə qədər bu vəzifəni tutub. Sabiq nazir müavini hazırda BDU-da Qafqaz xalqları tarixi kafedrasının müdiridir.


Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU
İlham Pirməmmədov - 1998-2013-cü illərdə Təhsil Nazirliyində aparat rəhbəri, 2013-2016-cı illərdə isə nazir müşaviri vəzifələrində çalışıb. Vəzifəsindən ayrıldıqdan sonra Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsinə təyin olunsa da, BDU-nun Nəzəri mexanika kafedrasında pedaqoji fəaliyyətlə də məşğuldur.


Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU
Məleykə Abbaszadə - 1994-cü ildə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini olub. 1996-2000-ci illərdə sədr vəzifəsini müvəqqəti icra edən Məleykə Abbaszadə 2000-2016-cı illərdə TQDK-nın sədri vəzifəsini tutub. 2016-cı ildən TQDK-nın bazasında yaradılmış Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 2024-cü ildən isə İdarə Heyətinin sədri təyin edilib. Bu il noyabrın 19-da vəzifəsindən azad edilərək BDU-ya rektor təyin olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu il Mərkəzi Bank hansı qanun pozuntularına görə bankları cərimələyib? –

21.11.2026 18:19 İqtisadiyyat

Məleykə Abbaszadə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr imzalamayıb

21.11.2026 17:58 Cəmiyyət

“Sən sağal, həyata qayıt...” –

21.11.2026 16:42 Gündəm

Masallıda “Şüurlu Ata – Sağlam Gələcək” layihəsi həyata keçirilib

21.11.2026 16:22 Cəmiyyət

Qaz limitləri sıfırlanır -

21.11.2026 14:23 Cəmiyyət

Sevda Əsgərova

21.11.2026 14:14 Cəmiyyət

Bazar günü hava necə olacaq?

21.11.2026 13:48 Cəmiyyət

Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək

21.11.2026 10:30 Cəmiyyət

Bir gecədə sönən üç həyat, yarımçıq qalan arzular:

21.11.2026 09:48 Gündəm

Prezidentlər Birgə Bəyanat qəbul etdilər –

21.11.2026 09:03 Siyasət

İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub

20.11.2026 20:48 İqtisadiyyat

DTX terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri həbs edib

20.11.2026 18:56 Hadisə

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib

20.11.2026 17:59 Cəmiyyət

Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib

20.11.2026 17:38 Cəmiyyət

Blogger jurnalist statusu ala bilərmi?

20.11.2026 15:49 Media

Android-i artıq iPhone-da da işlətmək mümkün olacaq:

20.11.2026 15:30 Texnologiya

Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır

20.11.2026 15:22 Gündəm

"LC Waikiki" və "Penti"nin sahibi nizamnamə kapitalını yenə azaltdı

20.11.2026 15:11 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək