Rafiq Salahovun elmi xidmətləri: keramika, şüşə, dəmir-beton konstruksiyaları...
Dünya sənayesində keramika və şüşə yapışdırıcılarının təkrar emalı, onların əsasında keramzit beton və istilik izolyasiya materiallarının alınması, həmçinin bu materiallardan tikinti və istehsalatda yüksək möhkəmliyə malik dəmir-beton konstruksiyaların hazırlanması əslində alimlərin dərin bir elmi araşdırmalarına əsaslanır. Azərbaycanda isə bu sahədə elmi araşdırmaları ilə tanınan alim Rafiq Azad oğlu Salahovdur. Onun bu spesifik elmi fəaliyyəti həm dünyada, həm də Azərbaycanda keramika, şüşə yapışdırıcıları, keramzit beton, istilik izolyasiya materialları, eləcə də dəmir-beton konstruksiyaları sənayesinin öyrənilməsində mühüm rol oynayır. Odur ki, Azərbaycanın belə bir alimini tanımaq və tanıtmaqda fayda var.
Salahov Rafiq Azad oğlu 1955-ci il yanvarın 1-də Kəlbəcər rayonunun Əsrik kəndində anadan olub. 1961-ci ildən 1969-cu ilədək əvvəlcə Əsrik kənd natamam orta məktəbində təhsil alıb, daha Ağcakənd tam orta məktəbində təhsilini bitirərək Çingiz İldırım adına Poltexnik İnstitutunun İnşaat Fakültəsinə qəbul olunub. 1981-ci ildə həmin fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Rafiq Salahov 1971-1972-ci il tarixlərində Kəlbəcər rayonu Karl Marks adına kolxozda əmək fəaliyyətinə başlayıb. 1975-1977-ci illərdə könüllü olaraq hərbi xidmətdə olub və o dövrdə dəmir yol tikintisində mühəndis kimi fəaliyyətləri olub.
1978-1985-ci illərdə Bakı Politexnik Texnikumunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərib və ali təhsilini davam etdirib. Azərbaycan İnşaat və Mühəndislər Universitetinin Sənaye və mülki tikinti fakültəsini fərqlənmə diplomu ilə bitirib və 1985-1988-ci illərdə Bakı Politexnik Texnikumunda İnşaat şöbəsində mühəndis müəllim kimi fəaliyyət göstərib.

Daha sonra 1986-1988-cı illərdə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyatın idarə edilməsi ixtisasını bitirib. 1989-1993-cu illərdə V.V. Kuybişev adına Moskva İnşaat Mühəndislər Universitetinində inşaat və mülki tikinti sahəsi üzrə elmi araşdırmalar apararaq texniki elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Partiyanın II qurultayına nümayəndə seçilmişdir. Eyni zamanda, elmi və ictimai sahələrdə fəal iştirak etmiş, dövlətçilik ideyalarının və gənclərin bu prosesdə rolunun təşviqi ilə bağlı çıxışlar etmişdir.
Onun peşəkar əmək fəaliyyəti də diqqət çəkir. Belə ki, 1988-1991-ci illərdə Bakı İnşaat Texnikumunda qiyabi təhsil üzrə şöbənin müdiri vəzifəsinə işləyib. 1991-2009-ci illərdə Bakı İnşaat Texnikumunun Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2002-ci ildə texnikumların ləğv edilərək birləşdirilməsindən sonra fəaliyyətini Moskva Dövlət Açıq Universitetinin Bakı Filialında İdarəetmə fakültəsinin dekanı vəzifəsində davam etdirib. 2010-cu ildən filialın lisenziyasının dayandırılmasından sonra fəaliyyətini “Akif İnşaat” Tikinti şirkətində “tikinti mühəndisi” kimi 2015-ci ilədək işləmişdir.
R.Salahov1995-2020-ci illərdə Dövlət İmtahan Mərkəzində keçirilən qəbul və buraxılış imtahanları ilə əlaqədar mütəxəssis və imtahan rəhbəri kimi fəaliyyət göstərmişdir.
2015-ci ildən yenidən təhsil sahəsində fəaliyyətini davam etdirərək, Azərbaycan Sənaye və Texnologiya Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində 2025-ci ilədək müəllim kimi fəaliyyət göstərmişdir.
Elmi fəaliyyətə gəldikdə, Rafiq Salahovun elmi tədqiqatları əsasən keramika və şüşə yapışdırıcılarının təkrar emalı əsasında keramzit beton və istilik izolyasiya materiallarının alınmasına, həmçinin bu materiallardan tikinti və istehsalatda yüksək möhkəmliyə malik dəmir-beton konstruksiyaların hazırlanmasına həsr olunmuşdur. O, bu sahələr üzrə 20-dən çox elmi məqalənin, 2 metodik göstərişin və inşaat materialları üzrə 2 dərs vəsaitinin müəllifidir.
Alim tikinti və şəhərsalma mövzularında müxtəlif elmi konfranslarda iştirak etmiş, elmi məqalələri Azərbaycan və MDB ölkələrinin müxtəlif şəhərlərində nəşr olunan elmi jurnallarda dərc edilmişdir. 1993-cü ildən texniki elmlər üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb, texniki elmlər namizədidir.
Onun 1993-cü ildə müdafiə etdiyi namizədlik dissertasiyasının avtoreferatı və elmi əsərlərinin siyahısı diqqət çəkir. Belə ki, Rafiq Azad oğlu Salahov tikinti materialları, beton texnologiyası, materialşünaslıq və sənaye tullantılarının tikinti materiallarında istifadəsi istiqamətində ixtisaslaşmış azərbaycanlı mühəndis-alim və pedaqoqdur.
Bir maraqlı məqam da budur ki, 1989-1992 — Moskva dövrü və əsas elmi tədqiqatı Rusiya Dövlət Kitabxanasının rəsmi kataloqunda Rafiq Azad oğlunun dissertasiyasını tam adı ilə qeydə alıb: Салахов, Рафиг Азад оглы — “Конструкционно-теплоизоляционный керамзитобетон на основе вяжущего из стеклобоя (технология и свойства)”. Azərbaycan dilində təxminən: “Şüşə qırıntısından alınan bağlayıcı əsasında konstruktiv-istilikizolyasiya keramzitbetonu: texnologiyası və xassələri”. Dissertasiya 05.23.05 — “Tikinti materialları və məmulatları” ixtisası üzrə texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilib və 1993-cü ildə Moskvada müdafiə olunub.

Rusiya Dövlət Kitabxanasında avtoreferatın 15 səhifəlik nüsxəsi açıq kataloqda saxlanılır. Tədqiqatın öz avtoreferatına əsasən, elmi iş 1989–1992-ci illərdə V.V. Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunda aparılıb. Elmi rəhbəri texnika elmləri namizədi, dosent V.Yu. Burov olub. Dissertasiyanın əsas nəticələri həmin institutun 1990 və 1991-ci illərdə keçirilmiş elmi-texniki konfranslarında məruzə edilib. Elmi tədqiqatın mahiyyəti Rafiq Salahovun tədqiqatının əsas ideyası həmin dövr üçün kifayət qədər aktual olan sənaye tullantısının — şüşə qırıntısının - tikinti materialının xammalına çevrilməsi idi. O, ənənəvi portlandsementin müəyyən hissəsini əvəz etmək məqsədilə xırdalanmış texniki şüşənin bağlayıcı xüsusiyyətlərini araşdırıb. Məqsəd daha az enerji və ilkin mineral xammal tələb edən, eyni zamanda konstruktiv və istilikizolyasiya xüsusiyyətlərini saxlayan keramzitbeton əldə etmək idi.
Dissertasiya çərçivəsində şüşə qırıntısının bağlayıcı kimi istifadəsinin nəzəri əsasları işlənib, keramzit, keramzit qumu və şüşə əsaslı bağlayıcının optimal nisbətləri müəyyənləşdirilib, hidrotermal və avtoklav emalı zamanı baş verən fiziki-kimyəvi proseslər öyrənilib, betonun sıxlıq, möhkəmlik, istilikkeçirmə, şaxtayadavamlılıq və uzunömürlülük göstəriciləri araşdırılıb, texnoloji xəttin istehsalatda tətbiqi üçün tövsiyələr hazırlanıb. Tədqiqatda optimal qarışıq üçün kütlə nisbəti kimi 35% şüşə qırıntısı, 22% keramzit qumu və 43% keramzit çınqılı müəyyən edilib.

Müəllif müxtəlif texnoloji rejimlərlə 650–1650 kq/m³ sıxlığa və təxminən 3,5–18 MPa sıxılma möhkəmliyinə malik materialların əldə edilə biləcəyini göstərib. İş sırf laboratoriya tədqiqatı ilə məhdudlaşmayıb. Avtoreferata əsasən, hazırlanmış texnologiya Mingəçevir Silikat Materialları Zavodunda təcrübə-sənaye sınağından keçirilib. Yeni materialdan 600 × 300 × 200 mm ölçülü divar bloklarının sınaq partiyası istehsal edilib və onların fiziki-texniki göstəricilərinin o dövrdə qüvvədə olan standartların tələblərinə uyğun olduğu göstərilib. Bu fakt onun elmi fəaliyyətində mühüm məqamdır.
Salahovun işi yalnız nəzəri materialşünaslıq deyil, sənayedə tətbiq olunmağa hesablanmış texnologiya xarakteri daşıyıb. 1991 — ixtiraçılıq fəaliyyəti SSRİ patent bazasında “САЛАХОВ РАФИК АЗАДОВИЧ” adı ilə müəlliflik qeydi də mövcuddur. O, 1678807 nömrəli “Odadavamlı məmulatlar üçün qarışığın hazırlanması üsulu” adlı ixtiranın müəlliflərindən biridir. İxtira 23 sentyabr 1991-ci ildə dərc olunub və tikinti materialları sənayesində, xüsusilə odadavamlı materialların hazırlanmasına aiddir.
Beləliklə, texniki elmlər namizədi, əmək veteranı, müəllim və inşaat sahəsində kadrların hazırlanmasında xidmətləri olan mütəxəssis kimi Rafiq Salahov inşaat sahəsi üzrə kadrların yetişdirilməsinə töhfə vermişdir. O, həmçinin xeyriyyəçilik edərək əsasən gənclərin və aztəminatlı ailələrdən olan uşaqların təhsilə yönləndirilməsi istiqamətində maddi və mənəvi dəstəyini əsirgəməyib, onların təhsilinə, peşə qazanmasına yardım edib, cəmiyyətdə maariflənmənin təşviqinə töhfə verib.
Xpress.az