Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı
Siyasət

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Xpress.az Redaksiyası 18.11.2026 17:31

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 2026-cı il 7–10 oktyabr tarixlərində Bakı Dialoqu çərçivəsində keçirilmiş “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın yekununda qəbul edilmiş Bəyannamə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb.

Xpress.az xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin BMT-nin Baş katibinə ünvanladığı 27 oktyabr 2026-cı il tarixli məktuba əlavə edilmiş Bəyannamə A/81/462–S/2026/849 nömrəsi ilə Baş Assambleyanın 81-ci sessiyasının gündəliyinin müvafiq bəndləri üzrə və Təhlükəsizlik Şurasının sənədi kimi dövriyyəyə buraxılıb.

Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, ailələrin yaxınları barədə məlumat almaq hüququnun təmin edilməsi, fərdi və kütləvi dəfn yerlərinə dair məlumatların mübadiləsi, insan qalıqlarının təhlükəsiz və elmi əsaslarla aşkar edilməsi, identifikasiyası və qaytarılması, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm müddəalar yer alıb.

Sənəddə dövlətlər, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin, müasir məhkəmə-ekspertiza metodlarının və yeni texnologiyaların tətbiqinin genişləndirilməsi təşviq edilir. Xüsusilə, BMT və digər beynəlxalq təşkilatlar silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər probleminin həllinə yönəlmiş xüsusi beynəlxalq mexanizmin yaradılmasına dəstək göstərməyə çağırılır.

Bəyannamədə Bakı Dialoqunun beynəlxalq təcrübə mübadiləsi, etimadın möhkəmləndirilməsi və ailələrin yaxınlarının taleyi barədə cavab almasına yönəlmiş praktiki əməkdaşlıq üçün getdikcə daha əhəmiyyətli platformaya çevrildiyi vurğulanır. Həmçinin Konfransın təşkilinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin konstruktiv müzakirəsinə imkan yaradılmasına görə Azərbaycan Respublikasının Dövlət Komissiyasına minnətdarlıq ifadə olunur.

Bəyannamənin BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılması Azərbaycanın itkin düşmüş şəxslər probleminin beynəlxalq səviyyədə diqqət mərkəzində saxlanılması və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüslərinin davamı baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

ABŞ, Çin və Rusiya eyni masada:

19.11.2026 20:05 Dünya

Qış gəlməmiş bu 7 işi görün –

19.11.2026 18:45 Cəmiyyət

Qışda immuniteti gücləndirmək üçün nə yeməliyik? -

19.11.2026 18:15 Sağlamlıq

İstehlakçı hüquqları və bazara nəzarət mövzusunda təlim keçirilib

19.11.2026 17:54 İqtisadiyyat

Dövlət Agentliyinin şirkətinin vergi borcu yarım milyon manata çatır

19.11.2026 17:42 Cəmiyyət

Pəncərələrdən soyuq hava gəlir? -

19.11.2026 17:37 Cəmiyyət

Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır

19.11.2026 17:15 Sağlamlıq

Ən ucuz sabunu belə atmayın:

19.11.2026 17:12 Sağlamlıq

Agentlik: 10 ayda istehlakçılara 315 min manat vəsait qaytarılıb

19.11.2026 16:52 İqtisadiyyat

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsaslı dəyişiklik ediləcək

19.11.2026 16:38 İqtisadiyyat

Bakıda məşhur mebel mağazası bağlandı -

19.11.2026 16:16 Cəmiyyət

Putin Trampın Ukrayna məsələsində səmimiliyinə inandığını bildirib

19.11.2026 15:20 Dünya

AzTV yeni formatda yayımlanacaq -

19.11.2026 14:58 Media

Müdafiə Sənayesi Nazirliyinin qurumuna rəhbərlik ona həvalə olundu

19.11.2026 14:41 Cəmiyyət

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

19.11.2026 14:13 Təhsil

"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"

19.11.2026 14:09 Cəmiyyət

Yeni türk respublikası yaradılır -

19.11.2026 13:56 Ana səhifə

Keçmiş arvadını öldürtmək üçün killer tutan

19.11.2026 13:51 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək