Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat İstehlakçı hüquqları və bazara nəzarət mövzusunda...
İstehlakçı hüquqları və bazara nəzarət mövzusunda təlim keçirilib
İqtisadiyyat

İstehlakçı hüquqları və bazara nəzarət mövzusunda təlim keçirilib

Xpress.az Redaksiyası 19.11.2026 17:54

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəranda istehlak bazarına nəzarət mexanizmləri və istehlakçı hüquqlarının müdafiəsi mövzusunda maarifləndirici təlim təşkil olunub.

Xpress.az xəbər verir ki, nümayəndəsi Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı təlim zamanı slaydlar və qanunvericilik tələbləri əsasında iştirakçılara aşağıdakı əsas istiqamətlər üzrə ətraflı məlumat verib:

-  İstehlakçıların əsas hüquqları və malların dəyişdirilməsi qaydası: Alıcıların malların keyfiyyəti və təhlükəsizliyi, məhsullar haqqında dolğun və düzgün məlumat əldə etmək hüquqları izah olunub. Bildirilib ki, istehlakçılar aldıqları lazımi keyfiyyətli qeyri-qida mallarını (ölçüsünə, rənginə, formasına və s. görə uyğun gəlmədikdə) əmtəə görünüşü və kassa qəbzi qorunmaqla qanunvericiliklə nəzərdə tutulmuş müddətdə (alınma günü sayılmamaq şərti ilə 14 gün – 15-ci günə qədər) digər uyğun mala dəyişdirə bilərlər. Həmçinin qüsurlu mal satıldığı halda alıcının malın dəyişdirilməsini, qüsurun əvəzsiz aradan qaldırılmasını, qiymətin azaldılmasını və ya ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ olduğu vurğulanıb.

- Zərərin ödənilməsi və məhkəməyə müraciət hüququ: Keyfiyyətsiz və ya təhlükəli mal, iş və xidmətlər nəticəsində həyatına, sağlamlığına və ya əmlakına zərər dəymiş alıcıların dəymiş maddi və mənəvi zərərin tam həcmdə ödənilməsini tələb etmək, eləcə də pozulmuş hüquqlarının bərpası üçün birbaşa məhkəməyə və səlahiyyətli dövlət orqanlarına müraciət etmək hüquqları barədə ətraflı məlumat verilib.

- İstehlak bazarına nəzarət sahələri: Dövlət əyar nəzarəti (qiymətli metallardan və daşlardan hazırlanmış məmulatların damğalanması), birdəfəlik plastik məmulatların (15 mikrona qədər polietilen torbalar, plastik çəngəl, qaşıq, stəkan və s.) istehsalı və satışına nəzarət, dərman vasitələrinin satışında qiymət intizamı, eləcə də qeyri-qida mallarının texniki reqlamentlərin tələblərinə (təhlükəsizlik, markalanma, Azərbaycan dilində məlumatlandırma) uyğunluğu barədə izahatlar verilib.

- Digər xüsusi nəzarət istiqamətləri: İşıqlandırma məqsədli elektrik közərmə lampalarının (0,06 kVt və yuxarı gücə malik lampalar üçün 2026-cı il yanvarın 1-dən, 0,025–0,06 kVt gücündə olanlar üçün isə 2026-cı il iyulun 1-dən) idxalı, istehsalı və satışına tətbiq olunan qadağaya nəzarət, alkoqollu içkilərin (araq məhsullarının) müəyyən edilmiş minimum satış qiymətindən aşağı satılmaması, həmçinin elektron siqaretlərin və onların komponentlərinin topdan və ya pərakəndə satışına, eləcə də satış məqsədilə saxlanılmasına nəzarət qaydaları diqqətə çatdırılıb.

- Dəyişdirilməli olmayan malların siyahısı: Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində geri qaytarılması və ya dəyişdirilməsi nəzərdə tutulmayan məhsullar (qızıl və qiymətli daşlardan məmulatlar, parfümer-kosmetika, şəxsi gigiyena əşyaları, məişət-kimyası malları, uşaq oyuncaqları, çimərlik və alt paltarları, eləcə də dəyəri ödənilmiş və mağazadan çıxarılmış yararlılıq müddəti ərzində olan qida məhsulları) izah edilib. 

Həmçiinin istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən əsas orqan kimi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rolu, sahəvi tənzimləyici qurumlar (Mərkəzi Bank, Qida Təhlükəsizliyi Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) və məhkəmələrin fəaliyyət mexanizmləri barədə danışılıb.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və praktiki nümunələr üzərindən müzakirələr aparılıb.

Məhluqə Nuralıyeva

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

ABŞ, Çin və Rusiya eyni masada:

19.11.2026 20:05 Dünya

Qış gəlməmiş bu 7 işi görün –

19.11.2026 18:45 Cəmiyyət

Qışda immuniteti gücləndirmək üçün nə yeməliyik? -

19.11.2026 18:15 Sağlamlıq

Dövlət Agentliyinin şirkətinin vergi borcu yarım milyon manata çatır

19.11.2026 17:42 Cəmiyyət

Pəncərələrdən soyuq hava gəlir? -

19.11.2026 17:37 Cəmiyyət

Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır

19.11.2026 17:15 Sağlamlıq

Ən ucuz sabunu belə atmayın:

19.11.2026 17:12 Sağlamlıq

Agentlik: 10 ayda istehlakçılara 315 min manat vəsait qaytarılıb

19.11.2026 16:52 İqtisadiyyat

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsaslı dəyişiklik ediləcək

19.11.2026 16:38 İqtisadiyyat

Bakıda məşhur mebel mağazası bağlandı -

19.11.2026 16:16 Cəmiyyət

Putin Trampın Ukrayna məsələsində səmimiliyinə inandığını bildirib

19.11.2026 15:20 Dünya

AzTV yeni formatda yayımlanacaq -

19.11.2026 14:58 Media

Müdafiə Sənayesi Nazirliyinin qurumuna rəhbərlik ona həvalə olundu

19.11.2026 14:41 Cəmiyyət

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

19.11.2026 14:13 Təhsil

"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"

19.11.2026 14:09 Cəmiyyət

Yeni türk respublikası yaradılır -

19.11.2026 13:56 Ana səhifə

Keçmiş arvadını öldürtmək üçün killer tutan

19.11.2026 13:51 Ana səhifə

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 13:34 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək