Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin k...
Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır
Sağlamlıq

Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır

Xpress.az Redaksiyası 19.11.2026 17:15

Fəaliyyətimizin əsas istiqaməti icbari tibbi sığorta xidmətlərinin həyata keçirilməsidir. İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına xidmətlər zərfində nəzərdə tutulan tibbi xidmətlər vətəndaşlara göstərilir və maliyyələşdirilir. Bu xidmətlərin təşkili məqsədilə dövlət və özəl tibb müəssisələri ilə əməkdaşlıq qurulur ki, bu da dövlət-biznes əməkdaşlığının əsas göstəricilərindən biridir.

Xpress.az xəbər verir ki, bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

R.Rzayev bildirib ki, müəssisələrdə xidmətlərin təşkili ilə yanaşı, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinə və həcminə də nəzarət edilir. Əsas məqsəd xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır.

O qeyd edib ki, dövlət və özəl tibb müəssisələri ilə əməkdaşlıq, o cümlədən regionlarda və mərkəzdə tibbi xidmətlərin təşkili və icbari tibbi sığorta hesabına maliyyələşdirilməsi vətəndaşlar üçün daha əlçatan və keyfiyyətli xidmətlərin göstərilməsinə imkan yaradır.

Agentliyin fəaliyyətində rəqəmsal həllərin tətbiqinin də mühüm əhəmiyyət daşıdığını vurğulayan R.Rzayev dövlət-biznes əməkdaşlığının bu sahədə imkanları genişləndirə biləcəyini vurğulayıb.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də Agentliyimizin fəaliyyət istiqamətlərinin əhəmiyyətli hissəsi elektronlaşdırılıb. Vətəndaşlara göstərilən xidmətlərin operativliyini və şəffaflığını təmin etmək üçün rəqəmsal həllərdən istifadə olunur. Hesab edirik ki, dövlət-biznes əməkdaşlığı çərçivəsində bu həllərin daha da təkmilləşdirilməsi xidmətlərin operativ və şəffaf şəraitdə göstərilməsinə töhfə verə bilər”, - deyə o qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub

20.11.2026 20:48 İqtisadiyyat

DTX terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri həbs edib

20.11.2026 18:56 Hadisə

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib

20.11.2026 17:59 Cəmiyyət

Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib

20.11.2026 17:38 Cəmiyyət

Blogger jurnalist statusu ala bilərmi?

20.11.2026 15:49 Media

Android-i artıq iPhone-da da işlətmək mümkün olacaq:

20.11.2026 15:30 Texnologiya

Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır

20.11.2026 15:22 Gündəm

"LC Waikiki" və "Penti"nin sahibi nizamnamə kapitalını yenə azaltdı

20.11.2026 15:11 İqtisadiyyat

Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü

20.11.2026 14:59 Hadisə

Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır:

20.11.2026 14:33 Cəmiyyət

Keçmiş vəkilə yenidən cinayət işi açıldı: Adam döyməkdə ittiham olunur

20.11.2026 14:12 Gündəm

Azərbaycanda ölümlərin 56 faizinin səbəbi açıqlandı:

20.11.2026 13:48 Cəmiyyət

“Unibank”ın Satış mərkəzinin müdiri vəzifəsindən getdi

20.11.2026 12:15 İqtisadiyyat

Qara pişik həqiqətən bədbəxtlik gətirir?

20.11.2026 11:59 Maraqlı

Alimlər saç tökülməsinə qarşı elektrikli daraq hazırlayıblar:

20.11.2026 11:35 Maraqlı

“Atam qardaşımın cinsiyyət orqanına iynə batırırdı” –

20.11.2026 11:11 Şou-Biznes

Kamran Razmovar: “Müharibədən əvvəl daha yaxşı qazanırdım, bu videoları vətənə faydam olsun deyə çəkdim”

20.11.2026 10:30 Mədəniyyət

Qarakənd faciəsindən 35 il ötür

20.11.2026 09:54 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək