Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruş...
Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü
Hadisə

Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü

Xpress.az Redaksiyası 20.11.2026 14:59

Xırdalan şəhərində 24 yaşlı oğlan anasına xəsarət yetirib.

Hadisə Xırdalan şəhəri, M. Əzizbəyov küçəsində yerləşən "N" saylı mənzildə baş verib.

2002-ci il təvəllüdlü Əziz (ad şərtidir – red.) anası Fatimənin (ad şərtidir – red.) ona ailə həyatı qurmağı tövsiyə etməsindən sonra yaranan mübahisə zamanı qadına xəsarət yetirib.

Belə ki, Əziz anasına əsəbiləşərək onun üzərinə hücum edib. O, əlləri ilə Fatimənin qollarından tutaraq sıxıb, daha sonra qadının qol və sinə nahiyələrinə əl və yumruq zərbələri endirib.

Əziz daha sonra anasının qollarından tutaraq onun sol kürək və ayaq nahiyələrini evin divarına vurub. Nəticədə Fatimə müxtəlif xəsarətlər alıb.

Əziz barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə – qəsdən sağlamlığa zərər vurma – ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Əziz ittiham üzrə özünü təqsirli bilib. O, son vaxtlar anası ilə evlənməsi ilə bağlı aralarında mübahisələr olduğunu deyib:

"Məlum hadisə günü səhər saat 08 radələrində anam yenə də nə zaman evlənəcəyimi soruşdu. Mən də əsəbi halda anama "evlənməyəcəm!" cavabını verdim. Sonra aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşdim və anamın üzərinə gedərək əllərimlə onun qollarından tutub sıxdım və buraxdım. Sonra əlimlə ona vurdum, ardınca əllərimlə sinəsindən itələyərək evin divarına vurdum. Bundan sonra evdən getdim".

Əziz ifadəsinin sonunda anasından üzr istədiyini, onunla barışdığını və Fatimənin şikayət və tələbinin olmadığını bildirib.

İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, oğlu subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. O bildirib ki, söhbət zamanı Əzizə iş tapmağı və evlənməyi tövsiyə edib. Lakin oğlu evlənmək istəmədiyini deyib.

Fatimə bildirib ki, hadisə günü saat 08 radələrində evdə yenidən oğluna evlənməyi tövsiyə edib:

"Əziz isə "evlənməyəcəm, əl çək məndən" cavabını verdi. Bu zəmində aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək üzərimə gəldi və mənə xəsarət yetirdi".

Fatimə də ifadəsinin sonunda oğlunun ondan üzr istədiyini, onunla barışdığını və Əzizə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, Əziz cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu il Mərkəzi Bank hansı qanun pozuntularına görə bankları cərimələyib? –

21.11.2026 18:19 İqtisadiyyat

Məleykə Abbaszadə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr imzalamayıb

21.11.2026 17:58 Cəmiyyət

Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU

21.11.2026 17:33 Təhsil

“Sən sağal, həyata qayıt...” –

21.11.2026 16:42 Gündəm

Masallıda “Şüurlu Ata – Sağlam Gələcək” layihəsi həyata keçirilib

21.11.2026 16:22 Cəmiyyət

Qaz limitləri sıfırlanır -

21.11.2026 14:23 Cəmiyyət

Sevda Əsgərova

21.11.2026 14:14 Cəmiyyət

Bazar günü hava necə olacaq?

21.11.2026 13:48 Cəmiyyət

Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək

21.11.2026 10:30 Cəmiyyət

Bir gecədə sönən üç həyat, yarımçıq qalan arzular:

21.11.2026 09:48 Gündəm

Prezidentlər Birgə Bəyanat qəbul etdilər –

21.11.2026 09:03 Siyasət

İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub

20.11.2026 20:48 İqtisadiyyat

DTX terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri həbs edib

20.11.2026 18:56 Hadisə

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib

20.11.2026 17:59 Cəmiyyət

Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib

20.11.2026 17:38 Cəmiyyət

Blogger jurnalist statusu ala bilərmi?

20.11.2026 15:49 Media

Android-i artıq iPhone-da da işlətmək mümkün olacaq:

20.11.2026 15:30 Texnologiya

Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır

20.11.2026 15:22 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək