İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub
SABAH.HUB-da yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, İnqilab Süleymanov SABAH.HUB-da Studiya rəhbəri vəzifəsinə təyin olunub.
İnqilab Süleymanov 2023-cü ilin yanvarından SABAH.HUB-da çalışır. O, 2023-cü ilin yanvarından 2024-cü ilin aprelinədək qurumda baş mütəxəssis, 2024-cü ilin aprelindən 2026-cı ilin noyabrınadək isə vençur meneceri vəzifələrini tutub. 2026-cı ilin oktyabrından etibarən isə studiya rəhbəri kimi fəaliyyət göstərir.
O, bundan əvvəl 2022-ci ilin fevralından 2023-cü ilin yanvarınadək İqtisadi Zonaların İnkişafı Agentliyində investisiyaların qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsində çalışıb.
İnqilab Süleymanov 2018-ci ilin avqustundan 2021-ci ilin avqustunadək “Deloitte” şirkətində müxtəlif vəzifələrdə işləyib. Belə ki, 2018-ci ilin avqustundan 2019-cu ilin iyulunadək vergi məsləhətləri üzrə məsləhətçi, 2019-cu ilin iyulundan 2020-ci ilin oktyabrınadək həmin istiqamət üzrə ikinci səviyyəli məsləhətçi, 2020-ci ilin oktyabrından 2021-ci ilin martınadək üçüncü səviyyəli məsləhətçi olub. 2021-ci ilin aprelindən avqustunadək isə şirkətin maliyyə məsləhətləri xidmətləri üzrə üçüncü səviyyəli məsləhətçi vəzifəsində çalışıb.
O, həmçinin 2017-ci ilin iyulundan 2018-ci ilin fevralınadək “SOCAR Methanol”da Maliyyə nəzarəti departamentinin maliyyə analitiki, 2018-ci ilin martından mayınadək isə maliyyə direktorunun köməkçisi vəzifələrində fəaliyyət göstərib.