Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır:
Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır:
Cəmiyyət

Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır: Yeni qaydalar

Xpress.az Redaksiyası 20.11.2026 14:33

Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında da verilməsi nəzərdə tutulur.

Xpress.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişiklik "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur.

Sözügedən qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı il iyulun 6-dək davam edib. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin plan-ölçüsünün verilməsinə başlanılıb.

Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-dək şəhadətnamə aldığı halda, digər qismi həmin müddətədək müraciət etmədiyindən, onlara mülkiyyət hüququnu təsdiqləyən sənəd əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilib.

Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur. Halbuki hər iki halda sahə vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-2015-ci illərdə plan-ölçü tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə özünü göstərib.

Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək olan dövrdə "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir. Bununla da eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin olunacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub

20.11.2026 20:48 İqtisadiyyat

DTX terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri həbs edib

20.11.2026 18:56 Hadisə

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib

20.11.2026 17:59 Cəmiyyət

Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib

20.11.2026 17:38 Cəmiyyət

Blogger jurnalist statusu ala bilərmi?

20.11.2026 15:49 Media

Android-i artıq iPhone-da da işlətmək mümkün olacaq:

20.11.2026 15:30 Texnologiya

Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır

20.11.2026 15:22 Gündəm

"LC Waikiki" və "Penti"nin sahibi nizamnamə kapitalını yenə azaltdı

20.11.2026 15:11 İqtisadiyyat

Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü

20.11.2026 14:59 Hadisə

Keçmiş vəkilə yenidən cinayət işi açıldı: Adam döyməkdə ittiham olunur

20.11.2026 14:12 Gündəm

Azərbaycanda ölümlərin 56 faizinin səbəbi açıqlandı:

20.11.2026 13:48 Cəmiyyət

“Unibank”ın Satış mərkəzinin müdiri vəzifəsindən getdi

20.11.2026 12:15 İqtisadiyyat

Qara pişik həqiqətən bədbəxtlik gətirir?

20.11.2026 11:59 Maraqlı

Alimlər saç tökülməsinə qarşı elektrikli daraq hazırlayıblar:

20.11.2026 11:35 Maraqlı

“Atam qardaşımın cinsiyyət orqanına iynə batırırdı” –

20.11.2026 11:11 Şou-Biznes

Kamran Razmovar: “Müharibədən əvvəl daha yaxşı qazanırdım, bu videoları vətənə faydam olsun deyə çəkdim”

20.11.2026 10:30 Mədəniyyət

Qarakənd faciəsindən 35 il ötür

20.11.2026 09:54 Cəmiyyət

Binance oğurlanmış kriptoaktivlərin geri qaytarılması üçün məhkəmə qərarı əldə edib

20.11.2026 09:47 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək