Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda ölümlərin 56 faizinin səbəbi açıqland...
Azərbaycanda ölümlərin 56 faizinin səbəbi açıqlandı:
Cəmiyyət

Azərbaycanda ölümlərin 56 faizinin səbəbi açıqlandı: “Vətəndaşların əli çatmır”

Xpress.az Redaksiyası 20.11.2026 13:48

Azərbaycanda ölüm hallarının 56 faizinin ürək-damar xəstəlikləri ilə bağlı olduğu bildirilir. Bu göstərici ölkədə ürək-damar patologiyalarının geniş yayıldığını və ciddi ictimai səhiyyə probleminə çevrildiyini ortaya qoyur. Mütəxəssislər hesab edirlər ki, xəstəliklərin vaxtında aşkarlanmaması və risk faktorlarına nəzarətin zəif olması ölüm hallarının artmasına təsir göstərir. Eyni zamanda, erkən diaqnostika və müntəzəm tibbi müayinələrin aparılması bu xəstəliklərin qarşısının alınmasında əsas rol oynayır. Lakin əhalinin profilaktik müayinələrə müraciət səviyyəsi hələ də qənaətbəxş hesab olunmur. Bu isə mövcud profilaktik tədbirlərin nə dərəcədə effektiv olması ilə bağlı suallar doğurur.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən səhiyyə eksperti Rasif Bağırov bildirib ki, ölüm risklərinin artması çox vaxt xəstələrin müntəzəm müayinələrdən keçməməyi və öz səhhətlərinə qarşı biganə yanaşmaları ilə bağlıdır:“Bəzi xəstələr həkimə gəlməyə qorxur ki, birdən bir xəstəliyi çıxar, sonra onu fikir götürər, əsəb sistemi pozular, narahatçılıqlar başlayar. Onun dərdindən hətta gəlib yoxlanmaq da istəmirlər. Bu da əsas səbəblərdən biridir”.

Ekspert qeyd edib ki, digər ən əsas səbəb isə ondan ibarətdir ki, bu gün tibbi sığorta ilə gedib yoxlanmaq xəstələr üçün artıq bir əzab-əziyyətə çevrilib. Uzunmüddətli növbələrin gözlənilməsi, verilən analizlərin vaxtlı-vaxtında verilməməsi, müayinələrin müddətinin çox uzadılması xəstələrdə ikrah yaradır və onlar bundan imtina edirlər. Düşünürlər ki, ən yaxşısı özəl klinikaya getməkdir. Özəl klinikaya gələndə isə müəyyən qiymətlər məsələsi onların qarşısını kəsir. Lap bu qiymət məsələsinin də üstündən keçəndə, əlavə olaraq dərmanların qiyməti xəstələrin qarşısına çıxır. Beləliklə, bu maneələrin hər birini aşmaq bu gün Azərbaycan vətəndaşının hamısının əlinin çatdığı bir səviyyə deyil. 

Rasif Bağırov vurğulayıb ki, bu səbəblərdən insanların həm profilaktik, həm də müntəzəm müayinələrinin və vaxtlı-vaxtında həkimə müraciətlərinin qarşısı alınır, yaxud da bu proses zəifləməyə başlayır:

“Belə proseslər olanda tez bir zamanda qəfləti ölümlər artır. Qəfləti ölümlərin də demək olar ki, 90 faizi, bəlkə də 90 faizindən yuxarısı məhz ürək-damar sistemi xəstəliklərinin nəticəsində baş verir. Xəstələr də buna dözə bilmir. Əlbəttə ki, bu gün xəstələrin həkimə müraciət edə bilməyini asanlaşdırmaqdan ötrü yuxarıda sadaladığım problemlər aradan qaldırılmalıdır. Aradan qaldırılmayanda təbii ki, xəstəyə nə qədər desən də ki, get müayinə olun, get yoxlan, o, necə müayinə olunacaq? Müayinə olunmağın arxasında həmişə maliyyə dayanır. O maliyyə də kifayət qədər olmayanda vətəndaş məcbur olur, hər yerdən əli üzüləndə həkimə getməkdən imtina edir və özünü taleyin ümidinə buraxır. Taleyin ümidinə buraxanda da sonda ölüm hadisələrinin, qəfləti ölümlərin sayı çoxalır və getdikcə o faizlər də qalxır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub

20.11.2026 20:48 İqtisadiyyat

DTX terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri həbs edib

20.11.2026 18:56 Hadisə

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib

20.11.2026 17:59 Cəmiyyət

Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib

20.11.2026 17:38 Cəmiyyət

Blogger jurnalist statusu ala bilərmi?

20.11.2026 15:49 Media

Android-i artıq iPhone-da da işlətmək mümkün olacaq:

20.11.2026 15:30 Texnologiya

Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır

20.11.2026 15:22 Gündəm

"LC Waikiki" və "Penti"nin sahibi nizamnamə kapitalını yenə azaltdı

20.11.2026 15:11 İqtisadiyyat

Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü

20.11.2026 14:59 Hadisə

Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır:

20.11.2026 14:33 Cəmiyyət

Keçmiş vəkilə yenidən cinayət işi açıldı: Adam döyməkdə ittiham olunur

20.11.2026 14:12 Gündəm

“Unibank”ın Satış mərkəzinin müdiri vəzifəsindən getdi

20.11.2026 12:15 İqtisadiyyat

Qara pişik həqiqətən bədbəxtlik gətirir?

20.11.2026 11:59 Maraqlı

Alimlər saç tökülməsinə qarşı elektrikli daraq hazırlayıblar:

20.11.2026 11:35 Maraqlı

“Atam qardaşımın cinsiyyət orqanına iynə batırırdı” –

20.11.2026 11:11 Şou-Biznes

Kamran Razmovar: “Müharibədən əvvəl daha yaxşı qazanırdım, bu videoları vətənə faydam olsun deyə çəkdim”

20.11.2026 10:30 Mədəniyyət

Qarakənd faciəsindən 35 il ötür

20.11.2026 09:54 Cəmiyyət

Binance oğurlanmış kriptoaktivlərin geri qaytarılması üçün məhkəmə qərarı əldə edib

20.11.2026 09:47 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək