Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Kamran Razmovar: “Müharibədən əvvəl daha yaxşı qaz...
Kamran Razmovar: “Müharibədən əvvəl daha yaxşı qazanırdım, bu videoları vətənə faydam olsun deyə çəkdim”
Mədəniyyət

Kamran Razmovar: “Müharibədən əvvəl daha yaxşı qazanırdım, bu videoları vətənə faydam olsun deyə çəkdim” - VİDEO

Xpress.az Redaksiyası 20.11.2026 10:30

Tanınmış blogger Kamran Razmovar aparıcı Firuzə Cəlilovanın “Fira Cəlilova ilə TET A TET” podkastının qonağı olub.

Xpress.az xəbər verir ki, podkastda iştirak edən blogger sosial şəbəkələrdə paylaşdığı, Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı videolarından, bu fəaliyyətə başlamasının səbəblərindən və üzləşdiyi təhdidlərdən danışıb.

Kamran Razmovar bildirib ki, bəzi insanlar onun çəkdiyi videolar hesabına avtomobil və mənzil aldığını düşünürlər. Lakin bloggerin sözlərinə görə, o, bu fəaliyyətə başlamazdan əvvəl daha yaxşı qazanc əldə edirdi.

O qeyd edib ki, müharibə başlayanda özünə bu prosesdə Azərbaycanın xeyrinə nə edə biləcəyi barədə sual verib və çəkdiyi videolarla vətənə töhfə vermək qərarına gəlib.

Blogger Ermənistan tərəfdən təhdidlər aldığını da açıqlayıb:

“Bir ölkəyə gedə bilmirəm. İrana, Rusiyaya, Gürcüstana, Amerikaya gedə bilirəm. Ermənilər zəng edib məni tapacaqları ilə hədələyirlər”.

Paşinyanla bağlı hazırladığı satirik videolardan danışan Razmovar Azərbaycan cəmiyyətinin bəzən hadisələrə həddindən artıq yumşaq yanaşdığını bildirib.

Onun sözlərinə görə, Paşinyanın banan yeməsi, qutab yeməsi və “Aram-aram” mahnısına qulaq asması ilə bağlı görüntülərə aldanmaq olmaz. Blogger hesab edir ki, bu görüntülər onun daha səmimi görünməsi üçün qurulmuş bir şoudur.

Razmovar xatırladıb ki, müharibə dövründə Gəncənin bombalanması ilə bağlı əmrlər verildiyini və Azərbaycan əhalisinin bunu unutmamalı olduğunu düşünür. O, Paşinyanın ictimaiyyət qarşısında nümayiş etdirdiyi davranışlarla müharibə dövründəki hadisələrin müqayisə edilməsinin vacibliyini vurğulayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub

20.11.2026 20:48 İqtisadiyyat

DTX terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri həbs edib

20.11.2026 18:56 Hadisə

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib

20.11.2026 17:59 Cəmiyyət

Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib

20.11.2026 17:38 Cəmiyyət

Blogger jurnalist statusu ala bilərmi?

20.11.2026 15:49 Media

Android-i artıq iPhone-da da işlətmək mümkün olacaq:

20.11.2026 15:30 Texnologiya

Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır

20.11.2026 15:22 Gündəm

"LC Waikiki" və "Penti"nin sahibi nizamnamə kapitalını yenə azaltdı

20.11.2026 15:11 İqtisadiyyat

Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü

20.11.2026 14:59 Hadisə

Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır:

20.11.2026 14:33 Cəmiyyət

Keçmiş vəkilə yenidən cinayət işi açıldı: Adam döyməkdə ittiham olunur

20.11.2026 14:12 Gündəm

Azərbaycanda ölümlərin 56 faizinin səbəbi açıqlandı:

20.11.2026 13:48 Cəmiyyət

“Unibank”ın Satış mərkəzinin müdiri vəzifəsindən getdi

20.11.2026 12:15 İqtisadiyyat

Qara pişik həqiqətən bədbəxtlik gətirir?

20.11.2026 11:59 Maraqlı

Alimlər saç tökülməsinə qarşı elektrikli daraq hazırlayıblar:

20.11.2026 11:35 Maraqlı

“Atam qardaşımın cinsiyyət orqanına iynə batırırdı” –

20.11.2026 11:11 Şou-Biznes

Qarakənd faciəsindən 35 il ötür

20.11.2026 09:54 Cəmiyyət

Binance oğurlanmış kriptoaktivlərin geri qaytarılması üçün məhkəmə qərarı əldə edib

20.11.2026 09:47 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək