Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə COP31 çərçivəsində turizmin iqlim dəyişikliyində y...
COP31 çərçivəsində turizmin iqlim dəyişikliyində yeri məsələləri müzakirə olunub -
Ana səhifə

COP31 çərçivəsində turizmin iqlim dəyişikliyində yeri məsələləri müzakirə olunub - FOTO

Xpress.az Redaksiyası 19.11.2026 11:35

Türkiyənin Antalya şəhərində keçirilən COP31-də 18 noyabrda təşkil edilən Turizm Tematik Günü tədbirləri çərçivəsində Azərbaycan pavilyonunda Dövlət Turizm Agentliyinin və BMT Turizmin (UN Tourism) birgə təşkilatçılığı ilə “Turizm, ərzaq sistemləri və qida tullantılarının azaldılmasının iqlim baxımından əhəmiyyəti” adlı beynəlxalq müzakirə sessiyası keçirilib.
 
Xpress.az xəbər verir ki, tədbirdə BMT Turizmin İcraçı direktoru Şicun Liu, Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev və Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Faiq Mütəllimov çıxış ediblər.
 
Panel müzakirəsində turizm sektorunda qida tullantılarının ölçülməsi və azaldılması, yerli istehsalçılarla əməkdaşlıq və dövri iqtisadiyyat prinsiplərinin tətbiqi, dayanıqlı ərzaq sistemlərinin təşviqində turizmin rolu üzrə müzakirələr aparılıb.
 
Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev, həmçinin Türkiyə pavilyonunda keçirilən “Turizmdə iqlim həlləri: tullantısız yanaşma, elektrikləşmə, dayanıqlılıq və investisiyalar üzrə siyasət və tərəfdaşlıqların inkişafı” adlı yüksək səviyyəli tədbirdə çıxış edib. Çıxışda Azərbaycanın COP29-dan sonrakı iqlim gündəliyi, turizm sektorunda dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
 
Həmçinin Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev “Dayanıqlı qonaqpərvərlik və turizm” mövzusunda keçirilən panel müzakirədə iştirak edərək, Azərbaycanda beynəlxalq dayanıqlılıq standartlarının, o cümlədən “Green Key” sertifikatının və Dünya Səyahət və Turizm Şurasının (WTTC) “Hotel Sustainability Basics” proqramının tətbiqi istiqamətində görülən işlər haqqında məlumat verib. Xınalıq kəndi və Basqal qəsəbəsinin timsalında yerli icmaların fəal iştirakı ilə turizmin inkişafının mədəni irsin qorunmasına, əhalinin rifahının yüksəldilməsinə və uzunmüddətli iqtisadi imkanların yaradılmasına verdiyi töhfə diqqətə çatdırılıb.
 
Qeyd edək ki, 9-20 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən COP31 qlobal iqlim fəaliyyəti üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Konfrans çərçivəsində Azərbaycan pavilyonunda innovativ texnoloji həllər vasitəsilə ölkəmizin mədəni və təbii irsi və turizm imkanları da nümayiş etdirilir.
 
Xatırladaq ki, 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində turizm ilk dəfə qlobal iqlim gündəliyinə daxil edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

ABŞ, Çin və Rusiya eyni masada:

19.11.2026 20:05 Dünya

Qış gəlməmiş bu 7 işi görün –

19.11.2026 18:45 Cəmiyyət

Qışda immuniteti gücləndirmək üçün nə yeməliyik? -

19.11.2026 18:15 Sağlamlıq

İstehlakçı hüquqları və bazara nəzarət mövzusunda təlim keçirilib

19.11.2026 17:54 İqtisadiyyat

Dövlət Agentliyinin şirkətinin vergi borcu yarım milyon manata çatır

19.11.2026 17:42 Cəmiyyət

Pəncərələrdən soyuq hava gəlir? -

19.11.2026 17:37 Cəmiyyət

Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır

19.11.2026 17:15 Sağlamlıq

Ən ucuz sabunu belə atmayın:

19.11.2026 17:12 Sağlamlıq

Agentlik: 10 ayda istehlakçılara 315 min manat vəsait qaytarılıb

19.11.2026 16:52 İqtisadiyyat

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsaslı dəyişiklik ediləcək

19.11.2026 16:38 İqtisadiyyat

Bakıda məşhur mebel mağazası bağlandı -

19.11.2026 16:16 Cəmiyyət

Putin Trampın Ukrayna məsələsində səmimiliyinə inandığını bildirib

19.11.2026 15:20 Dünya

AzTV yeni formatda yayımlanacaq -

19.11.2026 14:58 Media

Müdafiə Sənayesi Nazirliyinin qurumuna rəhbərlik ona həvalə olundu

19.11.2026 14:41 Cəmiyyət

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

19.11.2026 14:13 Təhsil

"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"

19.11.2026 14:09 Cəmiyyət

Yeni türk respublikası yaradılır -

19.11.2026 13:56 Ana səhifə

Keçmiş arvadını öldürtmək üçün killer tutan

19.11.2026 13:51 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək