Müdafiə Sənayesi Nazirliyinin qurumuna rəhbərlik ona həvalə olundu
Müdafiə Sənayesi Nazirliyinin (MSN) tərkibində fəaliyyət göstərən “İqlim” Elmi-İstehsalat Müəssisəsinə rəhbərlik edən şəxs məlum olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Zaur Zeynalov müəssisənin icraçı direktoru vəzifəsini müvəqqəti icra etməyə başlayıb.
O, 2025-ci ilin yanvarında müəssisənin baş direktorunun müavini vəzifəsinə təyin olunub.
Zaur Zeynalov bundan əvvəl 2023-cü ilin aprelindən 2025-ci ilin yanvarınadək “Veysəloğlu” Şirkətlər Qrupunda Qrup baş direktorunun ofisinin rəhbəri olub. 2022-ci ilin avqustundan 2023-cü ilin aprelinədək “Araz Supermarket” MMC-nin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.
O, 2018-ci ilin dekabrından 2022-ci ilin avqustunadək “Veysəloğlu” Şirkətlər Qrupunda İnsan resursları üzrə baş direktor və Müşahidə Şurasının korporativ katibi, 2018-ci ilin iyulundan dekabrınadək İnsan resursları əməliyyatları departamentinin rəhbəri, 2017-ci ilin dekabrından 2018-ci ilin iyulunadək isə İnsan resursları üzrə biznes tərəfdaşlığı departamentinin rəhbəri vəzifələrini tutub.
Zaur Zeynalov 2015-ci ilin fevralından 2017-ci ilin oktyabrınadək “Delta Group C.O.” MMC-də İnsan resursları direktoru vəzifəsində çalışıb.