Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanın turizm imkanları Belarusun üç şəhərin...
Azərbaycanın turizm imkanları Belarusun üç şəhərində təbliğ olunub -
Cəmiyyət

Azərbaycanın turizm imkanları Belarusun üç şəhərində təbliğ olunub - FOTO

Xpress.az Redaksiyası 19.11.2026 13:11

Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən 16-18 noyabrda Belarusun üç şəhərində silsilə turizm seminarları təşkil edilib. Seminarların keçirilməsində məqsəd Azərbaycanın ilboyu səyahət üçün əlverişli turizm istiqaməti kimi tanıdılması, ölkəmizin müxtəlif turizm imkanlarının təbliği və Belarusun turizm sənayesi nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi olub.
 
Xpress.az xəbər verir ki, Brest, Qrodno və Minsk şəhərlərində keçirilən seminarların hər birinə turizm agentlikləri, turoperatorlar və digər turizm sənayesi nümayəndələri olmaqla 40 nümayəndə qatılıb. Ümumilikdə tədbirlərdə Belarusun turizm sektorunun 120 nümayəndəsi iştirak edib.
 
Seminarlar çərçivəsində Azərbaycan Turizm Bürosunun təqdimatlarında ölkəmizin zəngin mədəni irsi, qastronomiya ənənələri, sağlamlıq turizmi, təbiət və aktiv istirahət imkanları haqqında ətraflı məlumat verilib. Qarşıdan gələn qış mövsümü ilə əlaqədar Azərbaycanın qış turizmi potensialına, o cümlədən Şahdağ və Tufandağ turizm komplekslərində xizək və istirahət imkanlarına xüsusi diqqət yetirilib. Həmçinin iştirakçılara ölkəmizin əsas turizm istiqamətləri və hotel infrastrukturu təqdim olunub.
 
Tədbirlər çərçivəsində “Absheron Hotel Group”un (AHG) nümayəndəsi şirkətin müxtəlif kateqoriyalı hotelləri, eləcə də ölkəmizdə mövcud yerləşmə və istirahət imkanları haqqında təqdimatla çıxış edib. Belarusun aparıcı turoperatorları isə Azərbaycana təşkil olunan mövcud tur paketləri və səyahət marşrutlarını təqdim edərək müxtəlif turist qruplarının maraqlarına uyğun turizm məhsullarının hazırlanması imkanlarını diqqətə çatdırıblar.
 
Silsilə seminarlar ATB-nin Belarus turizm bazarında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, yerli turizm sənayesi nümayəndələri ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ölkəmizin ilboyu turizm istiqaməti kimi təbliği istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub

20.11.2026 20:48 İqtisadiyyat

DTX terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri həbs edib

20.11.2026 18:56 Hadisə

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib

20.11.2026 17:59 Cəmiyyət

Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib

20.11.2026 17:38 Cəmiyyət

Blogger jurnalist statusu ala bilərmi?

20.11.2026 15:49 Media

Android-i artıq iPhone-da da işlətmək mümkün olacaq:

20.11.2026 15:30 Texnologiya

Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır

20.11.2026 15:22 Gündəm

"LC Waikiki" və "Penti"nin sahibi nizamnamə kapitalını yenə azaltdı

20.11.2026 15:11 İqtisadiyyat

Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü

20.11.2026 14:59 Hadisə

Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır:

20.11.2026 14:33 Cəmiyyət

Keçmiş vəkilə yenidən cinayət işi açıldı: Adam döyməkdə ittiham olunur

20.11.2026 14:12 Gündəm

Azərbaycanda ölümlərin 56 faizinin səbəbi açıqlandı:

20.11.2026 13:48 Cəmiyyət

“Unibank”ın Satış mərkəzinin müdiri vəzifəsindən getdi

20.11.2026 12:15 İqtisadiyyat

Qara pişik həqiqətən bədbəxtlik gətirir?

20.11.2026 11:59 Maraqlı

Alimlər saç tökülməsinə qarşı elektrikli daraq hazırlayıblar:

20.11.2026 11:35 Maraqlı

“Atam qardaşımın cinsiyyət orqanına iynə batırırdı” –

20.11.2026 11:11 Şou-Biznes

Kamran Razmovar: “Müharibədən əvvəl daha yaxşı qazanırdım, bu videoları vətənə faydam olsun deyə çəkdim”

20.11.2026 10:30 Mədəniyyət

Qarakənd faciəsindən 35 il ötür

20.11.2026 09:54 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək