Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Çingiz Əsədullayevin əmlakları milyonlarla manata...
Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır
Gündəm

Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır

Xpress.az Redaksiyası 20.11.2026 15:22

Ləğv prosesində olan "AGBank" ASC-nin Bakıda yerləşən iki daşınmaz əmlakı ümumilikdə 7 milyon 250 min manat ilkin qiymətlə dekabrın 2-də hərraca çıxarılacaq.

Xpress.az oxu.az-a istinadən xəbər verir ki, satışa çıxarılan əmlaklardan biri Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 2, 615-ci məhəllə ünvanındadır.

İstifadədə olan 0.098730 hektar torpaq sahəsində yerləşən təmirli qeyri-yaşayış binasının ümumi sahəsi 965 kvadratmetrdir. Binanın ilkin satış qiyməti 6 milyon 500 min manat müəyyənləşdirilib.
İkinci obyekt Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 381-ci məhəllə, ev 71 ünvanında yerləşir. Söhbət 17 mərtəbəli binanın birinci mərtəbəsi və antresolundakı 230.20 kvadratmetrlik təmirli qeyri-yaşayış sahəsindən gedir. Bu obyekt üçün 750 min manat ilkin qiymət qoyulub.
Qeyd edək ki, "AGBank"ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Milli Məclisin keçmiş deputatı Çingiz Əsədullayev olub. Bankın digər səhmdarları arasında Beynəlxalq Maliyyə Korporasiyası (IFC), "Kazimir Partners" şirkəti, Fərzulla Yusifov və Qriqori Marçenko da yer alıb.
Mərkəzi Bank "AGBank"ın lisenziyasını 12 may 2020-ci ildə ləğv edib. Qurumun həmin vaxt açıqladığı məlumatda bankın kapitalını tam itirdiyi və kreditorlar qarşısındakı öhdəliklərini yerinə yetirə bilmədiyi bildirilib. Aprelin sonuna kredit portfelinin 51 faizi qeyri-işlək olub. Ehtiyatlarla bağlı düzəlişlərdən sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapitalın bərpasına isə əlavə 212 milyon manat tələb olunub.
Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə "AGBank" müflis elan edilib, barəsində iflas proseduruna başlanılıb və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub

20.11.2026 20:48 İqtisadiyyat

DTX terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri həbs edib

20.11.2026 18:56 Hadisə

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib

20.11.2026 17:59 Cəmiyyət

Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib

20.11.2026 17:38 Cəmiyyət

Blogger jurnalist statusu ala bilərmi?

20.11.2026 15:49 Media

Android-i artıq iPhone-da da işlətmək mümkün olacaq:

20.11.2026 15:30 Texnologiya

"LC Waikiki" və "Penti"nin sahibi nizamnamə kapitalını yenə azaltdı

20.11.2026 15:11 İqtisadiyyat

Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü

20.11.2026 14:59 Hadisə

Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır:

20.11.2026 14:33 Cəmiyyət

Keçmiş vəkilə yenidən cinayət işi açıldı: Adam döyməkdə ittiham olunur

20.11.2026 14:12 Gündəm

Azərbaycanda ölümlərin 56 faizinin səbəbi açıqlandı:

20.11.2026 13:48 Cəmiyyət

“Unibank”ın Satış mərkəzinin müdiri vəzifəsindən getdi

20.11.2026 12:15 İqtisadiyyat

Qara pişik həqiqətən bədbəxtlik gətirir?

20.11.2026 11:59 Maraqlı

Alimlər saç tökülməsinə qarşı elektrikli daraq hazırlayıblar:

20.11.2026 11:35 Maraqlı

“Atam qardaşımın cinsiyyət orqanına iynə batırırdı” –

20.11.2026 11:11 Şou-Biznes

Kamran Razmovar: “Müharibədən əvvəl daha yaxşı qazanırdım, bu videoları vətənə faydam olsun deyə çəkdim”

20.11.2026 10:30 Mədəniyyət

Qarakənd faciəsindən 35 il ötür

20.11.2026 09:54 Cəmiyyət

Binance oğurlanmış kriptoaktivlərin geri qaytarılması üçün məhkəmə qərarı əldə edib

20.11.2026 09:47 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək