Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Qursalı kəndinin tarixinə dair
Qursalı kəndinin tarixinə dair
Ana səhifə

Qursalı kəndinin tarixinə dair NÖVBƏTİ SAXTALAŞDIRMA CƏHDİ - FOTO

Xpress.az Redaksiyası 18.11.2026 13:32

Qursalı kəndində doğulmuşam. Həyatımın ilk 18 ilini, yəni ali təhsil almaq üçün kəndimizdən ayrıldığım vaxta qədər burada yaşadım. Kəndimizin hər yolayrıcını, meşəsindəki ağacları, cığırlarını, yollarını və hər qarış torpağını tanıyırdım. Bu səbəbdən də doğma kəndimin tarixi və keçmişi ilə bağlı həqiqətləri öz şəxsi müşahidələrim və yaddaşım əsasında bölüşmək haqqım var.

Bu günlərdə erməni mətbuatının Qursalı kəndinin tarixi ilə bağlı növbəti saxtakarlıq cəhdi ilə üzləşdim. və təbii ki, buna biganə qala bilməzdim.

Bəli, kəndimizdə kilsə var idi. Lakin həmin kilsə orta əsrlərdə Qursalıda yaşamış alban xalqları tərəfindən inşa edilmişdi. Uşaqlıq illərimizdə kilsənin artıq uçulmuş divarlarına dırmaşmaq, hərçənd çətin olsa da, bizim üçün bir növ əyləncə idi. Həmin tarixi tikilinin qalıqları gözümüzün qarşısında idi və onun necə bir abidə olduğunu yaxşı bilirdik.

Erməni mətbuatının həmin kilsəni Surb Gevork adı ilə təqdim etməsinin isə heç bir tarixi əsası yoxdur. Bu adamın kəndimizdəki qədim Alban kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Belə bir adlandırma tarixi həqiqəti dəyişdirmək cəhdindən başqa bir şey deyil.

Tarixdə Surb Gevork adlı kilsələrə Bizans dövründə İstanbulda və Tiflisdə rast gəlmək mümkündür. Lakin Qursalıdakı Alban kilsəsinin sonradan erməni kilsəsi kimi təqdim edilməsi tarixi faktların təhrif olunması cəhdidir.

Bir məsələni də xüsusi vurğulamaq istəyirəm: orta əsrlərdə Qursalıda erməni əhalisinin yaşamasına dair mənim bildiyim heç bir tarixi əsas yoxdur. Kəndimizin keçmişini şəxsən tanıyan, orada doğulub boya-başa çatan bir insan kimi bu cür iddiaları qəbul etmirəm.

Bundan başqa, Qursalıdakı adıçəkilən Alban kilsəsi 1988-ci il zəlzələsi zamanı tamamilə dağılmışdı və o kilsə öz qabarit və ölçülərinə görə bu tikilidən xeyli böyük və 15m hündürlüyündə idi. Təqdim olunan şəkildəki kilsə isə həmin qədim tikili deyil. Bu, qəhvəyi tuf daşından yenidən inşa edilmiş, 1990-cı illərə aid tikilidir. Deməli, şəkildəki binanı orta əsrlərə aid abidə kimi təqdim etmək də həqiqətə uyğun deyil.

Qursalıda tarixin heç bir dövründə bir nəfər də olsun erməni yaşamayıb. Belə olan halda, kəndimizdə erməni kilsəsinin inşa edilməsi barədə iddiaların hansı tarixi mənbəyə əsaslandığı sual doğurur.

Tarixə münasibətdə əsas prinsip həqiqətə hörmət olmalıdır. Heç bir xalqın tarixi abidəsi başqa xalqın adına çıxılmamalı, tarixi tikililərin mənsubiyyəti siyasi və milli maraqlara uyğun şəkildə dəyişdirilməməlidir.

Qursalı bizim doğma kəndimizdir. Onun tarixini, keçmişini və yaddaşını saxtalaşdırmaqla dəyişdirmək mümkün deyil. Tarixi həqiqətləri qorumaq isə hər birimizin borcudur.

Nəbi RAMAZANLI

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

ABŞ, Çin və Rusiya eyni masada:

19.11.2026 20:05 Dünya

Qış gəlməmiş bu 7 işi görün –

19.11.2026 18:45 Cəmiyyət

Qışda immuniteti gücləndirmək üçün nə yeməliyik? -

19.11.2026 18:15 Sağlamlıq

İstehlakçı hüquqları və bazara nəzarət mövzusunda təlim keçirilib

19.11.2026 17:54 İqtisadiyyat

Dövlət Agentliyinin şirkətinin vergi borcu yarım milyon manata çatır

19.11.2026 17:42 Cəmiyyət

Pəncərələrdən soyuq hava gəlir? -

19.11.2026 17:37 Cəmiyyət

Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır

19.11.2026 17:15 Sağlamlıq

Ən ucuz sabunu belə atmayın:

19.11.2026 17:12 Sağlamlıq

Agentlik: 10 ayda istehlakçılara 315 min manat vəsait qaytarılıb

19.11.2026 16:52 İqtisadiyyat

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsaslı dəyişiklik ediləcək

19.11.2026 16:38 İqtisadiyyat

Bakıda məşhur mebel mağazası bağlandı -

19.11.2026 16:16 Cəmiyyət

Putin Trampın Ukrayna məsələsində səmimiliyinə inandığını bildirib

19.11.2026 15:20 Dünya

AzTV yeni formatda yayımlanacaq -

19.11.2026 14:58 Media

Müdafiə Sənayesi Nazirliyinin qurumuna rəhbərlik ona həvalə olundu

19.11.2026 14:41 Cəmiyyət

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

19.11.2026 14:13 Təhsil

"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"

19.11.2026 14:09 Cəmiyyət

Yeni türk respublikası yaradılır -

19.11.2026 13:56 Ana səhifə

Keçmiş arvadını öldürtmək üçün killer tutan

19.11.2026 13:51 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək