Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”...
Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib
Cəmiyyət

Naxçıvanda “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib

Xpress.az Redaksiyası 20.11.2026 17:38

Naxçıvanda gənclərin ekoloji biliklərinin artırılması, ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi və ekoloji təşəbbüslərinin dəstəklənməsi məqsədilə “TerraNext – Gənc Ekoliderlər Proqramı”na start verilib.
Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat ərazisində yerləşən Zəngəzur Milli Parkında proqramın açılış mərasimi və gənclər üçün “EcoStep” ekoloji düşərgəsi təşkil olunub.


Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Dilarə Gülməmmədli çıxış edərək iştirakçıları salamlayıb və proqramın əhəmiyyətini vurğulayıb. Daha sonra layihə rəhbəri Aytac Əliyeva çıxış edərək proqramın məqsəd və vəzifələri, nəzərdə tutulan fəaliyyətlər və gənclərin layihə çərçivəsində iştirak imkanları haqqında məlumat verib.
Proqram panel müzakirəsi ilə davam edib. Gənclər və İdman Nazirliyinin əməkdaşı Ülvü Əliyevin moderatorluğu ilə keçirilən paneldə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əli Əlizadə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Azad Əliyeva və “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyinin sədri Aygül Məmmədova iştirak ediblər.


Panel zamanı Naxçıvan Muxtar Respublikasında mövcud ekoloji problemlər, ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmənin əhəmiyyəti, bərpaolunan enerji mənbələrindən istifadə və gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakı mövzularında fikir mübadiləsi aparılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, ekoloji məsuliyyətin formalaşdırılması istiqamətində təkliflər səsləndirilib.
Panel müzakirəsindən sonra iştirakçılar üçün çay fasiləsi təşkil olunub. Ardınca gənclər Zəngəzur Milli Parkının İnformasiya Mərkəzinə ekskursiya edərək burada nümayiş etdirilən eksponatlarla tanış olub, milli parkın təbii sərvətləri və biomüxtəlifliyi haqqında ətraflı məlumat əldə ediblər.
Günün növbəti hissəsində təşkil olunan çay fasiləsindən sonra iştirakçılar Naxçıvan Muxtar Respublikasının Mərkəzi Günəş Elektrik Stansiyasına ekskursiya ediblər. Burada gənclərə günəş enerjisinin əldə olunması, bərpaolunan enerji mənbələrinin üstünlükləri və yaşıl enerjinin ətraf mühitin qorunmasındakı rolu barədə məlumat verilib.


Qeyd edək ki, “TerraNext – Gənc Ekoliderlər Proqramı” gənclərin ekoloji dünyagörüşünün inkişaf etdirilməsi, onların ətraf mühitin mühafizəsində fəal iştirakının təşviqi, ekoloji məsuliyyət və dayanıqlı inkişaf prinsiplərinin təbliği məqsədi daşıyır. Layihə çərçivəsində gənclərin nəzəri biliklərinin praktiki fəaliyyətlərlə möhkəmləndirilməsi və ekoloji təşəbbüslərin təşviqi istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İnqilab Süleymanov SABAH.HUB-da yeni vəzifəyə təyin olunub

20.11.2026 20:48 İqtisadiyyat

DTX terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri həbs edib

20.11.2026 18:56 Hadisə

REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib

20.11.2026 17:59 Cəmiyyət

Blogger jurnalist statusu ala bilərmi?

20.11.2026 15:49 Media

Android-i artıq iPhone-da da işlətmək mümkün olacaq:

20.11.2026 15:30 Texnologiya

Çingiz Əsədullayevin əmlakları milyonlarla manata satışa çıxarılır

20.11.2026 15:22 Gündəm

"LC Waikiki" və "Penti"nin sahibi nizamnamə kapitalını yenə azaltdı

20.11.2026 15:11 İqtisadiyyat

Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü

20.11.2026 14:59 Hadisə

Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır:

20.11.2026 14:33 Cəmiyyət

Keçmiş vəkilə yenidən cinayət işi açıldı: Adam döyməkdə ittiham olunur

20.11.2026 14:12 Gündəm

Azərbaycanda ölümlərin 56 faizinin səbəbi açıqlandı:

20.11.2026 13:48 Cəmiyyət

“Unibank”ın Satış mərkəzinin müdiri vəzifəsindən getdi

20.11.2026 12:15 İqtisadiyyat

Qara pişik həqiqətən bədbəxtlik gətirir?

20.11.2026 11:59 Maraqlı

Alimlər saç tökülməsinə qarşı elektrikli daraq hazırlayıblar:

20.11.2026 11:35 Maraqlı

“Atam qardaşımın cinsiyyət orqanına iynə batırırdı” –

20.11.2026 11:11 Şou-Biznes

Kamran Razmovar: “Müharibədən əvvəl daha yaxşı qazanırdım, bu videoları vətənə faydam olsun deyə çəkdim”

20.11.2026 10:30 Mədəniyyət

Qarakənd faciəsindən 35 il ötür

20.11.2026 09:54 Cəmiyyət

Binance oğurlanmış kriptoaktivlərin geri qaytarılması üçün məhkəmə qərarı əldə edib

20.11.2026 09:47 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək