“Atam qardaşımın cinsiyyət orqanına iynə batırırdı” – Dəhşətli uşaqlıq xatirələrini danışdı
Tiktoker Velizar atasının ailə üzvlərinə qarşı törətdiyi zorakılıqlarla bağlı ağır uşaqlıq xatirələrini bölüşüb.
Xpress.az xəbər verir ki, o, atasının anasına qarşı amansız davrandığını, onu kəmərlə döydüyünü, qardaşına qarşı isə qəddar hərəkətlər etdiyini bildirib.
Velizarın sözlərinə görə, anası tarlada işləyərək yorğun halda evə qayıdırmış. Lakin atası yeməyin duzunun az olmasını bəhanə edərək aqressiv davranır, stolun üstündəki əşyaları dağıdır və kəmərini çıxararaq anasını döyürmüş.
O, atasının qardaşına qarşı da fiziki zorakılıq etdiyini qeyd edib:
“Atam qardaşım dəcəllik edəndə onun cinsiyyət orqanına iynə batırırdı. Mən möhkəm iradəli adam olmuşam ki, psixologiyam buna tab gətirib”.
Xpress.az