Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azadə Hüseynova "Azərbaycanda turizm sahəsində çal...
Azadə Hüseynova "Azərbaycanda turizm sahəsində çalışanların sayı 46 faiz artıb"
Ana səhifə

Azadə Hüseynova "Azərbaycanda turizm sahəsində çalışanların sayı 46 faiz artıb"

Xpress.az Redaksiyası 19.11.2026 12:37

Bütövlükdə turizm sektoru bir ekosistemdir. Çünki turizm sektoru bir neçə sahəni özündə birləşdirir. Sevindirici haldır ki, 2019-2025-ci illərdə turizmin iqtisadiyyatda payı 4,5 faizdən 5,4 faizə qədər artıb.

Xpress.az Azərtac-a istinadla xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət- Biznes Əməkdaşlığı Forumunda "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel sessiyada çıxış edərkən deyib.

Turizmdə məşğulluq imkanlarının çox geniş olduğunu bildirən sədr müavininin sözlərinə görə, bu sahənin əhalinin məşğulluğunun təmin edilməsində payı getdikcə artır. O qeyd edib ki, 2019-cu illə müqayisədə 2025-ci ildə turizm sahəsində çalışanların sayında 46 faiz artım qeydə alınıb. İctimai iaşə və yerləşmə sektorunda isə bu artım 56 faiz təşkil edir ki, bu da 121 min nəfərin turizm sahəsində muzdla çalışması deməkdir. Sədr müavini əlavə edib ki, turizmin iqtisadiyyatdakı payının yüksəlməsi bütövlükdə bu sahədə məşğulluğun daha da artmasına gətirib çıxaracaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

ABŞ, Çin və Rusiya eyni masada:

19.11.2026 20:05 Dünya

Qış gəlməmiş bu 7 işi görün –

19.11.2026 18:45 Cəmiyyət

Qışda immuniteti gücləndirmək üçün nə yeməliyik? -

19.11.2026 18:15 Sağlamlıq

İstehlakçı hüquqları və bazara nəzarət mövzusunda təlim keçirilib

19.11.2026 17:54 İqtisadiyyat

Dövlət Agentliyinin şirkətinin vergi borcu yarım milyon manata çatır

19.11.2026 17:42 Cəmiyyət

Pəncərələrdən soyuq hava gəlir? -

19.11.2026 17:37 Cəmiyyət

Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır

19.11.2026 17:15 Sağlamlıq

Ən ucuz sabunu belə atmayın:

19.11.2026 17:12 Sağlamlıq

Agentlik: 10 ayda istehlakçılara 315 min manat vəsait qaytarılıb

19.11.2026 16:52 İqtisadiyyat

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsaslı dəyişiklik ediləcək

19.11.2026 16:38 İqtisadiyyat

Bakıda məşhur mebel mağazası bağlandı -

19.11.2026 16:16 Cəmiyyət

Putin Trampın Ukrayna məsələsində səmimiliyinə inandığını bildirib

19.11.2026 15:20 Dünya

AzTV yeni formatda yayımlanacaq -

19.11.2026 14:58 Media

Müdafiə Sənayesi Nazirliyinin qurumuna rəhbərlik ona həvalə olundu

19.11.2026 14:41 Cəmiyyət

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

19.11.2026 14:13 Təhsil

"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"

19.11.2026 14:09 Cəmiyyət

Yeni türk respublikası yaradılır -

19.11.2026 13:56 Ana səhifə

Keçmiş arvadını öldürtmək üçün killer tutan

19.11.2026 13:51 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək