“Sən sağal, həyata qayıt...” – Könül Vəlibəylinin bacısından təsirli paylaşım
2025-ci il noyabrın 21-də Bakının Yasamal rayonunda, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından bir il ötür.
Faciə nəticəsində üç nəfər – 1977-ci il təvəllüdlü Könül Vəlibəyli, 1984-cü il təvəllüdlü Samir Məmmədov və 2018-ci il təvəllüdlü Arzu Qəmbərli həyatını itirib. Hadisə zamanı 25 nəfər tüstüdən zəhərlənərək müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanlar arasında Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli də olub. Onun qızı Ləman Qulamova isə ağır xəsarət alaraq uzun müddətdir sağlamlığı uğrunda mübarizə aparır.
Faciənin ildönümündə Könül Vəlibəylinin bacısı Maya Hümbətova sosial şəbəkə hesabında təsirli paylaşım edib.
O, bacısının itkisi ilə barışmağın mümkünsüzlüyünü ifadə edərək Könülün xatirəsinin, adının və yarımçıq qalan arzularının ailəsi ilə birlikdə yaşayacağını bildirib.
Maya Hümbətova paylaşımında qardaş-bacı sevgisinin ağrısını ifadə edən bu sözləri yazıb:
“Allah səni rəhmət eləsin, mənim gözəl bacım. Ruhun şad olsun, Könülüm. Səni unutmadıq, unuda bilmirik. Sənin adın, xatirən və yarımçıq qalan arzuların bizimlə yaşayacaq.
Ləman, sən isə bacının yaşaya bilmədiyi günləri də yaşa... Sən sağal, həyata qayıt. Bircə sən sağal... Sənin sağalmağın bizim üçün bir ümiddir”.
Qeyd edək ki, Maya Hümbətovanın bu sözləri bir il əvvəl baş verən faciənin ailə üzvlərinin həyatında buraxdığı dərin yaranı, bacı həsrətini və Ləmanın sağalacağına olan böyük ümidi bir daha nümayiş etdirir.