Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə “Belə qeyrətli cavanlar çoxalsa...” - Tanınmış hək...
“Belə qeyrətli cavanlar çoxalsa...” - Tanınmış həkimdən Gülarənin qətli ilə bağlı
Ana səhifə

“Belə qeyrətli cavanlar çoxalsa...” - Tanınmış həkimdən Gülarənin qətli ilə bağlı ŞOK PAYLAŞIM

Xpress.az Redaksiyası 18.11.2026 16:32

Özünü psixoterapevt-həkim və elmi-lədun bilicisi kimi təqdim edən, 39 kitabın müəllifi olduğunu bildirən Paşa Yaqubun sosial şəbəkədəki paylaşımı ciddi müzakirələrə səbəb olub.

Xpress.az musavat.com-a istinadla xəbər verir ki, o, Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı yazdığı şərhdə cinayətə haqq qazandıran mövqe sərgiləyib.

Paşa Yaqub öz paylaşımında “Belə qeyrətli cavanlar çoxalsa, bəlkə pozğunluğun qarşısı alınar” ifadəsini işlədib.

O, paylaşımının şərh bölməsində Gülarənin qardaşının ondan sosial şəbəkələrdəki açıq-saçıq şəkillərini silməyi tələb etdiyini, gənc qızın isə bundan imtina etdiyini üçün öldürüldüyünü yazıb.

Xatırladaq ki, 2003-cü il təvəllüdlü Gülərə Mehdiyevanın qətli ilə bağlı xəbərlər ictimaiyyətdə geniş rezonans doğurub. Gənc qadının şəxsi həyatına və sosial şəbəkə paylaşımlarına görə öldürülməsinə haqq qazandıran yanaşma isə ayrıca müzakirə mövzusuna çevrilib.

Qadının geyimi, şəxsi həyatı və sosial şəbəkə paylaşımları heç kimə onun həyatına qəsd etmək hüququ vermir. Qətlin hansı səbəbdən törədilməsindən asılı olmayaraq, cinayətə haqq qazandırmaq cəmiyyətdə zorakılığın normallaşmasına xidmət edə bilər.



Bu yanaşma diqqət çəkən məqamlarla yanaşı, ciddi suallar da doğurur. Belə ki, şəxsin sosial şəbəkədəki fəaliyyəti, geyimi, şəxsi həyatı və ya ailə üzvləri ilə münasibətləri heç bir halda onun həyatına qəsd edilməsinə bəraət qazandıra bilməz.

Xüsusilə də özünü elm, tibb və mənəvi bilik sahibi kimi təqdim edən şəxslərin belə həssas məsələlərdə səsləndirdiyi fikirlər ictimai məsuliyyət baxımından əhəmiyyət daşıyır. Qadın qətlinə “qeyrət” donu geyindirmək və zorakılığı guya cəmiyyətdəki hansısa problemin həlli kimi təqdim etmək təhlükəli yanaşmadır.

Gülarə Mehdiyevanın qətli ilə bağlı hüquqi qiyməti istintaq və məhkəmə verməlidir. Lakin heç bir şəxsi mülahizə və ya iddia qətlin bəraət qazandırılması üçün əsas ola bilməz.

Paşa Yaqubun paylaşımı isə qadınlara qarşı zorakılıq, ailədaxili münasibətlər və cəmiyyətdə formalaşan yanlış düşüncə tərzi ilə bağlı müzakirələri bir daha gündəmə gətirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

DİN 104 kq narkotik və 8 min həbi dövriyyədən çıxarıb

18.11.2026 17:55 Hadisə

Paşinyan: TRIPP-in texniki parametrləri Azərbaycanla razılaşdırılmalıdır

18.11.2026 17:43 Siyasət

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 17:31 Siyasət

Bakıda və rayonlarda külək güclənəcək -

18.11.2026 16:54 Cəmiyyət

Antalyaya uçan Rusiya təyyarəsində bomba həyəcanı

18.11.2026 16:29 Dünya

Rafiq Salahovun elmi xidmətləri:

18.11.2026 16:08 Cəmiyyət

Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edilib

18.11.2026 16:00 Hadisə

İlham Əliyev Latviya Prezidentini təbrik edib

18.11.2026 15:09 Siyasət

Ləmanın nəfəsi kəsilir, oksigeni düşür, təcili kömək lazımdır” –

18.11.2026 14:12 Gündəm

Qursalı kəndinin tarixinə dair

18.11.2026 13:32 Ana səhifə

Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi -

18.11.2026 13:12 Gündəm

Bu gün Yer kürəsində güclü maqnit fırtınası gözlənilir

18.11.2026 13:11 Dünya

Bu gün Şaxta Babanın doğum günü və Düyməli Telefon Günüdür

18.11.2026 12:59 Cəmiyyət

Təhsil Məktəblərdə istilik mövsümü başladı

18.11.2026 12:46 Təhsil

Kreditə görə anama zəng edib psixoloji təzyiq yaradırlar -

18.11.2026 12:32 İqtisadiyyat

Dövlət Agentliyində ona yüksək vəzifə verildi

18.11.2026 12:00 Cəmiyyət

Bayramov:

18.11.2026 11:55 Siyasət

“Kontakt Home"dan aldığı "iPhone"a 2800 manat ödəyəndən sonra məhkəməlik oldu

18.11.2026 11:07 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək