Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Azərbaycanın ilk qadın alpinist diplomatı:
Azərbaycanın ilk qadın alpinist diplomatı:
Mədəniyyət

Azərbaycanın ilk qadın alpinist diplomatı: "Everestin ətəyində olmaq, zirvələri fəth etmək böyük qürurdur"

Xpress.az Redaksiyası 25.11.2026 10:45

Azərbaycan dağçılıq tarixində yeni səhifə açan, ölkəmizin 4000 metrdən yüksək bütün zirvələrini fəth edən ilk qadın alpinist, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı Samirə Seyidova tarixi uğuru ilə bağlı Xpress.az-a özəl açıqlama verib.  

Dağçılıq fəaliyyətinə 2024-cü ilin yanvar ayından başlayan diplomat alpinist qısa müddət ərzində iki qitədə dörd 5000 metrdən yüksək zirvəyə — Elbrus (5642 m), Kilimancaro (5895 m), Ağrı dağı (5137 m) və Kazbekə (5054 m) qalxıb. 2026-cı ildə isə Çarın və Raqdan zirvələrini fəth etməklə Azərbaycanın 4000 metrdən yüksək bütün zirvələrini tamamlayan ilk xanım kimi adını idman tariximizə yazdırıb.   

Xpress.az-a danışan Samirə Seyidova bu uğur yolunda ona dəstək olan müəllimlərinə təşəkkürünü bildirib və zirvə təəssüratlarını bölüşüb:"Dağçılığa 2024-cü ilin yanvar ayından başlamışam və ölkəmizin bütün 4000 metrlik zirvələrini bitirən ilk qadın oldum. Mənə dağ yollarını öyrədən Müşfiq Səmədli olub. Başda o olmaqla, Sərxan müəllimə, Toğrul Cəfərova və Emin Zeynallıya dərin təşəkkürümü bildirirəm. Bura elə bir nurani yerdir ki, zirvədən çox insanın ruhu yenilənir. Everestin ətəyində olmaq da çox gözəl hissdir”.


Diplomat kimi ölkəmizi beynəlxalq müstəvidə təmsil edən S. Seyidova bu nailiyyəti vətənimizin zirvələrindən başladığı üçün xüsusi qürur duyduğunu vurğulayıb:"Fəxr edirəm ki, bir diplomat olaraq 4000 metrlik zirvələri tamamlayan yeganə xanımam. Çox sevinirəm ki, bu yola məhz öz vətənimdən başlamışam. Bu, mənim üçün sözlə ifadə olunmayacaq qədər böyük fəxrdir”.
Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyası da Samirə Seyidovanı bu tarixi nailiyyət münasibətilə təbrik edərək, onun uğurunun ölkədə qadınların dağçılıq sahəsinə marağının artması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Elmira Şabanova vəfat etdi

25.11.2026 19:00 Mədəniyyət

"Bank Respublika"nın sədr müavini vəzifəsindən azad edilib

25.11.2026 18:50 İqtisadiyyat

Dünyada bəzi ölkələr niyə dörd günlük iş həftəsinə keçir?

25.11.2026 18:10 Cəmiyyət

Sifarişiniz gecikir, kuryer yoxdur? Şirkətlərin gizlətdiyi qanuni haqqınız

25.11.2026 17:29 Cəmiyyət

Kəlbəcər qayıdışın və dirçəlişin təntənəsidir

25.11.2026 17:10 Siyasət

Azərbaycan Qadını – Dünən, Bu gün, Sabah -

25.11.2026 16:35 Cəmiyyət

Restoran menyusunda göstərilən qiymətlə hesab fərqli olarsa, müştəri nə etməlidir?

25.11.2026 16:28 Cəmiyyət

İran boğulur:

25.11.2026 16:03 Dünya

Gəncə və Göygölün turizm imkanlarının təşviqi məqsədilə səfər təşkil olunub

25.11.2026 15:50 Turizm

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

25.11.2026 15:37 Cəmiyyət

Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 15:05 Texnologiya

Marketlərdə məhsulların son istifadə tarixi necə yoxlanılmalıdır?

25.11.2026 14:53 Cəmiyyət

Azərbaycanda tək yaşayan insanların sayı niyə artır?

25.11.2026 14:19 Cəmiyyət

Azərbaycanda orta əməkhaqqı ilə normal yaşamaq mümkündürmü?

25.11.2026 13:43 Cəmiyyət

Süfrəmizə zəhər daşıyırmışlar:

25.11.2026 13:25 Cəmiyyət

"BakuBus" avtobusu piyadanı vurub

25.11.2026 13:08 Hadisə

Məhkəmə “Su İdman Sarayı”nı

25.11.2026 12:53 Cəmiyyət

Rəhman Daşdəmirov: "Barselona"ya qarşı ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq"

25.11.2026 12:11 İdman

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək