Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət “Qırmızı günəş” jurnalının bütün nömrələri transli...
“Qırmızı günəş” jurnalının bütün nömrələri transliterasiya olunub
Mədəniyyət

“Qırmızı günəş” jurnalının bütün nömrələri transliterasiya olunub

Xpress.az Redaksiyası 24.11.2026 18:55

Azərbaycan milli mətbu irsində əhəmiyyətli yer “Qırmızı günəş” jurnalının bütün nömrələri əski əlifbadan latın qrfikasına transliterasiya edilib. 1921-1922-ci illərdə nəşr olunmuş həmin jurnalın səhifələrində tədris prosesinə, təlim-tərbiyəyə, uşaqların maraq dünyasına aid zəngin elmi, ədəbi-bədii və publisistik materiallar vardır. Jurnalı Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müəllimi Fərqanə Məlikova transliterasiya etmişdir.

Tranliterasiyanın elmi redaktoru, professor Qulu Məhərrəmli bu addımı Azərbaycan uşaq mətbuatının zəngin tarixinin öyrənilməsi istiqamətində  atılan mühüm addım kimi qiymətləndirmişdir. Onun fikrincə, “Qırmızı günəş” jurnalının transliterasiyası Azərbaycan uşaq mətbuatının tarixi irsinin qorunması, dövrün maarifçilik ideyalarının, ədəbi-publisistik nümunələrinin və mətbuat ənənələrinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
“Zərdabi nəşr”də kütləvi tirajla çap olunmuş “Qırmızı günəş”in transliterasiyasının ixtisas redaktoru mətbuat tarixi mütəxəssisi Samir Xalidoğlu, rəyçiləri isə siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə və tarixçi alim, fəlsəfə doktoru  Akif Aşırlıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

AzMİU-da “Rəqəmsal Gələcəyin Kodları: İnnovasiya və Gənclik” layihəsinin açılışı keçirilib

25.11.2026 19:11 Cəmiyyət

Elmira Şabanova vəfat etdi

25.11.2026 19:00 Mədəniyyət

"Bank Respublika"nın sədr müavini vəzifəsindən azad edilib

25.11.2026 18:50 İqtisadiyyat

Dünyada bəzi ölkələr niyə dörd günlük iş həftəsinə keçir?

25.11.2026 18:10 Cəmiyyət

Sifarişiniz gecikir, kuryer yoxdur? Şirkətlərin gizlətdiyi qanuni haqqınız

25.11.2026 17:29 Cəmiyyət

Kəlbəcər qayıdışın və dirçəlişin təntənəsidir

25.11.2026 17:10 Siyasət

Azərbaycan Qadını – Dünən, Bu gün, Sabah -

25.11.2026 16:35 Cəmiyyət

Restoran menyusunda göstərilən qiymətlə hesab fərqli olarsa, müştəri nə etməlidir?

25.11.2026 16:28 Cəmiyyət

İran boğulur:

25.11.2026 16:03 Dünya

Gəncə və Göygölün turizm imkanlarının təşviqi məqsədilə səfər təşkil olunub

25.11.2026 15:50 Turizm

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

25.11.2026 15:37 Cəmiyyət

Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 15:05 Texnologiya

Marketlərdə məhsulların son istifadə tarixi necə yoxlanılmalıdır?

25.11.2026 14:53 Cəmiyyət

Azərbaycanda tək yaşayan insanların sayı niyə artır?

25.11.2026 14:19 Cəmiyyət

Azərbaycanda orta əməkhaqqı ilə normal yaşamaq mümkündürmü?

25.11.2026 13:43 Cəmiyyət

Süfrəmizə zəhər daşıyırmışlar:

25.11.2026 13:25 Cəmiyyət

"BakuBus" avtobusu piyadanı vurub

25.11.2026 13:08 Hadisə

Məhkəmə “Su İdman Sarayı”nı

25.11.2026 12:53 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək