Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan restoranlarının beynəlxalq platformaya...
Azərbaycan restoranlarının beynəlxalq platformaya inteqrasiyasına start verilir -
Ana səhifə

Azərbaycan restoranlarının beynəlxalq platformaya inteqrasiyasına start verilir - FOTO

Xpress.az Redaksiyası 24.11.2026 13:55

Azərbaycanın zəngin qastronomiya imkanları və çoxəsrlik kulinariya irsi 23 noyabrda Parisdə keçirilən və nüfuzlu qastronomiya platformalarından olan “La Liste”nin dünyanın ən yaxşı restoranlarının seçimi üzrə mükafatlandırma mərasimində təqdim edilib.

Xpress.az xəbər verir ki, tədbirdə ölkəmizi Dövlət Turizm Agentliyinin və tabeliyindəki Milli Kulinariya Mərkəzinin nümayəndələri, eləcə də yerli peşəkar qastronomiya mütəxəssislərindən ibarət Azərbaycan nümayəndə heyəti təmsil edib.

Tədbir çərçivəsində Azərbaycanın zəngin milli mətbəxi, qastronomiya irsi, yerli məhsulları və şərabları tanıdılıb. Yerli qastronomiya mütəxəssislərinin iştirakı ilə milli mətbəximizin klassik təamları ənənəvi və müasir qastronomik yanaşmaların vəhdətində beynəlxalq iştirakçılara nümayiş etdirilib.

Təqdimat zamanı Azərbaycanın qida biomüxtəlifliyinin qorunmasına, ənənəvi məhsulların və milli qastronomiya dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına xüsusi diqqət yetirilib.

Məlumat verilib ki, Azərbaycan mətbəxi xalqımızın çoxəsrlik tarixini, zəngin mədəniyyətini, coğrafi müxtəlifliyini və qonaqpərvərlik ənənələrini özündə birləşdirən mühüm milli sərvətlərdən biridir.

Azərbaycan mətbəxi Şərq və Qərb sivilizasiyaların təsiri ilə formalaşsa da, əsrlər boyu özünəməxsus kulinariya kimliyini qoruyub saxlayıb. Azərbaycanın qastronomiya irsi yalnız yeməklərdən deyil, həm də yerli məhsullardan, kənd təsərrüfatı ənənələrindən, süfrə mədəniyyətindən, qonaqpərvərlikdən və qədim şərabçılıq tarixindən ibarətdir.

Həmçinin Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidin “La Liste” beynəlxalq təşkilatının təsisçisi və prezidenti Filipp For arasında görüş keçirilib. Görüş zamanı sözügedən beynəlxalq brendin Azərbaycanda fəaliyyət göstərməsi və ölkəmizin restoran sektorunun beynəlxalq qastronomiya platformalarında təmsilçiliyinin genişləndirilməsi imkanları müzakirə olunub.

Bildirilib ki, Azərbaycanın restoran sektoru son illərdə beynəlxalq qastronomiya məkanında daha geniş tanınmağa başlayıb. Bu proses milli mətbəxin xarici ölkələrdə təbliği, yerli restoranların beynəlxalq reytinqlərdə və bələdçilərdə təmsil olunması, aşpazların peşəkar əməkdaşlığı və qastronomik turizmin inkişafı ilə əlaqədardır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın zəngin kulinariya ənənələrini müasir qastronomiya dünyası ilə birləşdirərək ölkəmizin beynəlxalq qastronomiya xəritəsində mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Tədbirdə beynəlxalq səviyyəli aşpazlar, qastronomiya və qonaqpərvərlik sektorunun rəhbər şəxsləri, xarici media, eləcə də tərəfdaş qurumların təmsilçiləri daxil olmaqla yüzlərlə nümayəndə iştirak edib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva iştirak edib.

Qeyd edək ki, qastronomiya turizminin inkişafı Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan istiqamətlərdən biridir. Dövlət Proqramı çərçivəsində 70 ictimai iaşə müəssisəsi haqqında məlumatların “La Liste” də daxil olmaqla beynəlxalq restoran bələdçilərinin məlumat bazalarına yerləşdirilməsi, 200 aşpazın beynəlxalq dərəcəli sertifikat əldə etməsi, eləcə də ölkəmizdə beynəlxalq və regional qastronomiya tədbirlərinin təşkili nəzərdə tutulur.

2015-ci ildə təsis edilmiş, hazırda 200 ölkədən 40 minə yaxın qastronomik obyekt üzrə məlumatı, 7000-dən çox hoteli əhatə edən platforma minlərlə nəşrə, 1100-dən çox peşəkar mənbəyə və milyonlarla onlayn rəyə əsaslanaraq istifadəçilər üçün dünya üzrə yüksək səviyyəli qastronomik təcrübələri cəmləşdirir. Təşkilat beynəlxalq tədbirlər və mükafatlandırma mərasimləri vasitəsilə kulinariya yaradıcılığını, innovasiyanı və dayanıqlılığı təşviq edir. “La Liste” ilə əməkdaşlıq restoran və hotellər üçün beynəlxalq səviyyədə tanınmaq baxımından yeni imkanlar açaraq qlobal bazarda rəqabət üstünlüyü yaradır.

Beynəlxalq qastronomiya platformalarında təmsilçilik restoranların yalnız mükafat qazanması demək deyil. Bu, eyni zamanda ölkənin kulinariya irsinin, müasir restoran konsepsiyalarının, yerli məhsullarının və xidmət keyfiyyətinin beynəlxalq auditoriyaya təqdim edilməsidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

COP31-in nəticələri: Yaşıl gələcək naminə real addımlar vacibdir

24.11.2026 14:46 Cəmiyyət

Keçmiş müdirim qızımın görüntülərini yayıb

24.11.2026 13:50 Hadisə

Saxta pulların üzərindəki bu yazını gizlədirlər

24.11.2026 13:28 Cəmiyyət

Mayası 2 manatdır, 6-ya satılır — Səbəb nədir?

24.11.2026 13:06 Cəmiyyət

Bakıda şüşə sənəti üzrə təlimlər keçirilib -

24.11.2026 12:12 Ana səhifə

2026-cı ilin ən maraqlı elmi kəşfləri:

24.11.2026 12:07 Cəmiyyət

WhatsApp-da istifadəçilərin çoxunun bilmədiyi

24.11.2026 11:36 Texnologiya

İşəgötürən işçini bayram günlərində işləməyə məcbur edə bilərmi?

24.11.2026 11:33 Cəmiyyət

Qış aylarında elektrik enerjisi və qaz sərfiyyatını necə azaltmaq olar?

24.11.2026 10:59 Cəmiyyət

Məleykə Abbaszadə rektor təyin olunduğu

24.11.2026 10:41 Ana səhifə

Respublika Pediatriya Mərkəzinə 94 min manata nə alınır?

24.11.2026 10:36 Sağlamlıq

Nikahdankənar sevgili ilə münasibət:

24.11.2026 10:09 Ana səhifə

TURKEDU Azərbaycan və İstanbul Ticarət Universitetinin birgə təşkil etdiyi sertifikat proqramı uğurla başa çatıb

24.11.2026 09:53 Təhsil

“Sədərək” və “Binə”də nə baş verir?

24.11.2026 09:37 Cəmiyyət

“Kapital Bank”ın müştərisi bank əməkdaşının davranışından şikayət edib

24.11.2026 09:30 İqtisadiyyat

Gülnar Mustafayeva tələbələrə

24.11.2026 08:21 Ana səhifə

Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı:

23.11.2026 19:40 Gündəm

Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

23.11.2026 17:44 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək