Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Bakıda şüşə sənəti üzrə təlimlər keçirilib -
Bakıda şüşə sənəti üzrə təlimlər keçirilib -
Ana səhifə

Bakıda şüşə sənəti üzrə təlimlər keçirilib - FOTO + VİDEO

Xpress.az Redaksiyası 24.11.2026 12:12

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin şüşə sənətçisi Nasuf Cömərt 14-21 noyabrda Azərbaycanda səfərdə olub. Türkiyəli qonaq Bakıda olduğu müddətdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində, həmçinin “Nine Senses” Yaradıcılıq və İncəsənət Mərkəzində şüşə sənəti üzrə təlimlər keçib.

Xpress.az xəbər verir ki, təlimlərdə N.Cömərt oksigenlə qızdırdığı şüşəyə üfürmə üsulu ilə forma verərək müxtəlif sənət əsərləri, suvenirlər yaradıb. Ustad dərsləri müddətində o, öz əsərlərinin hazırlanma prosesini əyani şəkildə göstərib, 16 nəfər təlim iştirakçısına 1 həftə ərzində qədim və incə şüşə sənətinin sirlərini öyrədib.

Təlimlərin yekunu olaraq, noyabrın 21-də “Nine Senses” Yaradıcılıq və İncəsənət Mərkəzində tədbir keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli çıxış edərək, qeyri-maddi mədəni irs daşıyıcısı N.Cömərtin şüşə sənətçisi kimi fəaliyyətindən söhbət açıb. Bildirib ki, N.Cömərt dünyanın 80-dən çox ölkəsində keçirilən sərgilərdə və tədbirlərdə öz sənətini nümayiş etdirib.

Qeyd olunub ki, Bakıda təşkil edilən ustad dərslərində N.Cömərt təlimçilərlə birlikdə şüşədən “çeşm-i bülbül”, göz yaşı şüşəsi, ətir şüşəsi, göz muncuğu, şamdan, şüşə boyunbağı, üzük, balerina, miniatür Mövlana, həmçinin müxtəlif heyvan fiqurları hazırlayıb, bu sənətin incəliklərini yeniyetmə və gənclərə, sənətkarlara öyrədib.

Şüşə sənətçisi N.Cömərt təlimlərdə gənclərin xüsusi maraq və fəallıq nümayiş etdirdiyini diqqətə çatdırıb. Əminliklə vurğulayıb ki, şüşə sənəti Azərbaycanda yaşayacaq və inkişaf edəcək.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sənətkarlıq ənənələrinin yaşadılması və inkişafı üçün faydalı olan “Şüşə sənəti” təlimlərinin yüksək səviyyədə təşkilində, həmçinin bu sənətin sirlərinin sənətkarlara və gənclərə öyrədilməsində göstərdiyi təşəbbüskarlığa, fədakarlığa görə N.Cömərti Təşəkkürnamə ilə təltif edib.

Sonra ustad dərslərində aktiv iştirak edən yeniyetmə və gənclərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

COP31-in nəticələri: Yaşıl gələcək naminə real addımlar vacibdir

24.11.2026 14:46 Cəmiyyət

Azərbaycan restoranlarının beynəlxalq platformaya inteqrasiyasına start verilir -

24.11.2026 13:55 Ana səhifə

Keçmiş müdirim qızımın görüntülərini yayıb

24.11.2026 13:50 Hadisə

Saxta pulların üzərindəki bu yazını gizlədirlər

24.11.2026 13:28 Cəmiyyət

Mayası 2 manatdır, 6-ya satılır — Səbəb nədir?

24.11.2026 13:06 Cəmiyyət

2026-cı ilin ən maraqlı elmi kəşfləri:

24.11.2026 12:07 Cəmiyyət

WhatsApp-da istifadəçilərin çoxunun bilmədiyi

24.11.2026 11:36 Texnologiya

İşəgötürən işçini bayram günlərində işləməyə məcbur edə bilərmi?

24.11.2026 11:33 Cəmiyyət

Qış aylarında elektrik enerjisi və qaz sərfiyyatını necə azaltmaq olar?

24.11.2026 10:59 Cəmiyyət

Məleykə Abbaszadə rektor təyin olunduğu

24.11.2026 10:41 Ana səhifə

Respublika Pediatriya Mərkəzinə 94 min manata nə alınır?

24.11.2026 10:36 Sağlamlıq

Nikahdankənar sevgili ilə münasibət:

24.11.2026 10:09 Ana səhifə

TURKEDU Azərbaycan və İstanbul Ticarət Universitetinin birgə təşkil etdiyi sertifikat proqramı uğurla başa çatıb

24.11.2026 09:53 Təhsil

“Sədərək” və “Binə”də nə baş verir?

24.11.2026 09:37 Cəmiyyət

“Kapital Bank”ın müştərisi bank əməkdaşının davranışından şikayət edib

24.11.2026 09:30 İqtisadiyyat

Gülnar Mustafayeva tələbələrə

24.11.2026 08:21 Ana səhifə

Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı:

23.11.2026 19:40 Gündəm

Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

23.11.2026 17:44 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək