Respublika Pediatriya Mərkəzinə 94 min manata nə alınır?
"Respublika Pediatriya Mərkəzi" Publik Hüquqi Şəxsi müəssisənin təsərrüfat və texniki təminatının gücləndirilməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
32gun.az-ın verdiyi məlumata görə, mərkəz məişət və texniki avadanlıqların satın alınmasını həyata keçirir. Sözügedən satınalma müsabiqəsi üzrə ehtimal olunan qiymət 94.120,05 AZN (94,1 min manatdan çox) təşkil edir.
Satınalma sənədlərinə əsasən, sifariş çərçivəsində 25 ədəd paltaryuyan maşın, 15 ədəd elektrikli dördgözlü soba, 10 ədəd mikrodalğalı soba, 5 ədəd soyuducu, 5 ədəd hava feni, 3 ədəd paltarqurudan maşın, 3 ədəd sənaye tipli tozsoran, 2 ədəd ütü (boru qaynaq aparatı), teleskopik və alüminium nərdivanlar, perforator, batareyalı drel, eləcə də kabel bağları, izolent, silikon yapışdırıcı və digər təsərrüfat-texniki ləvazimatların təchizatı nəzərdə tutulub.