İşəgötürən işçini bayram günlərində işləməyə məcbur edə bilərmi?
Azərbaycanda bayram günləri işçilərin istirahəti üçün nəzərdə tutulsa da, bəzi müəssisələrdə fəaliyyət həmin günlərdə də davam edir. Xüsusilə ticarət, ictimai iaşə, nəqliyyat, rabitə və digər xidmət sahələrində çalışanlar bayram günlərində işə çıxmalı olurlar.
Bəs işəgötürənin işçini bayram günlərində işləməyə məcbur etmək hüququ varmı? İşçi bayram günü işə çıxmaqdan imtina edə bilərmi? Bu günlərdə işləyənlərə əlavə əməkhaqqı ödənilməsi məcburidirmi?
Azərbaycan Respublikasının Əmək Məcəlləsi bu məsələləri tənzimləyir. Məcəllənin 107-ci maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması, qanunda nəzərdə tutulan istisnalar xaric, yolverilməzdir.
Xpress.az