Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Kəlbəcər qayıdışın və dirçəlişin təntənəsidir
Kəlbəcər qayıdışın və dirçəlişin təntənəsidir
Siyasət

Kəlbəcər qayıdışın və dirçəlişin təntənəsidir

Xpress.az Redaksiyası 25.11.2026 17:10

Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və füsunkar təbiətə malik diyarlarından biri olan Kəlbəcər xalqımızın yaddaşında xüsusi yer tutur. Uca dağları, sıx meşələri, şəfalı mineral bulaqları, zəngin təbii sərvətləri və tarixi abidələri ilə seçilən bu torpaq milli sərvətimizin ayrılmaz hissəsidir. 25 noyabr – Kəlbəcər Şəhəri Günü isə xalqımızın tarixi yaddaşında azadlığın, ədalətin və doğma yurda qayıdışın rəmzi kimi yaşayır.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, minlərlə sakin doğma yurd-yuvasından didərgin salınmışdır. İşğal dövründə rayonun yaşayış məntəqələri, sosial infrastrukturu, tarixi və mədəniyyət abidələri dağıdılmış, xalqımızın əsrlər boyu yaratdığı maddi-mədəni irsə ciddi ziyan vurulmuşdur. Uzun illər davam edən yurd həsrəti kəlbəcərlilərin qəlbində heç zaman sönməmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində ölkəmizin tarixi torpaqları işğaldan azad edildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də onilliklər boyu davam edən ayrılığa son qoyulmasının təntənəsi idi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə noyabrın 25-nin Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu əlamətdar tarixin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir.

Bu gün Kəlbəcər yeni inkişaf və quruculuq mərhələsini yaşayır. Bölgədə genişmiqyaslı bərpa işləri aparılır, müasir yol-nəqliyyat infrastrukturu yaradılır, yaşayış evləri, sosial və ictimai obyektlər inşa olunur. Şəhərin gələcək inkişafını nəzərdə tutan Baş Planın təsdiqlənməsi də bu istiqamətdə mühüm addımlardandır. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması isə Böyük Qayıdış prosesinin ən sevindirici hadisələrindən biridir.

Kəlbəcər həm də Azərbaycanın böyük turizm və iqtisadi potensiala malik bölgələrindən biridir. İstisu mineral bulaqları, ecazkar dağ mənzərələri, təbii sərvətləri və tarixi abidələri gələcəkdə regionun turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Bütün bunlar Kəlbəcərin yalnız keçmiş şöhrətinin deyil, həm də gələcək inkişafının təmin olunmasına xidmət edir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bu torpağın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Bu gün Kəlbəcərin yenidən qurulması və sakinlərinin doğma yurdlarına qayıtması xalqımızın Zəfər əzminin, milli birliyinin və dövlətimizin gücünün bariz ifadəsidir.

Hamı yaxşı bilir ki, yaxın gələcəkdə Kəlbəcər yenidən öz sakinlərinin gülüşü, qurub-yaradan insanların əməyi ilə canlanacaq, Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəkdir. Kəlbəcərin azadlığı ilə tarixə yazılan 25 Noyabr bundan sonra da xalqımızın qürur, qələbə və qayıdış günü kimi yaşayacaqdır.

Əminə Ağazadə

Milli Məclisin deputatı 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Elmira Şabanova vəfat etdi

25.11.2026 19:00 Mədəniyyət

"Bank Respublika"nın sədr müavini vəzifəsindən azad edilib

25.11.2026 18:50 İqtisadiyyat

Dünyada bəzi ölkələr niyə dörd günlük iş həftəsinə keçir?

25.11.2026 18:10 Cəmiyyət

Sifarişiniz gecikir, kuryer yoxdur? Şirkətlərin gizlətdiyi qanuni haqqınız

25.11.2026 17:29 Cəmiyyət

Azərbaycan Qadını – Dünən, Bu gün, Sabah -

25.11.2026 16:35 Cəmiyyət

Restoran menyusunda göstərilən qiymətlə hesab fərqli olarsa, müştəri nə etməlidir?

25.11.2026 16:28 Cəmiyyət

İran boğulur:

25.11.2026 16:03 Dünya

Gəncə və Göygölün turizm imkanlarının təşviqi məqsədilə səfər təşkil olunub

25.11.2026 15:50 Turizm

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

25.11.2026 15:37 Cəmiyyət

Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 15:05 Texnologiya

Marketlərdə məhsulların son istifadə tarixi necə yoxlanılmalıdır?

25.11.2026 14:53 Cəmiyyət

Azərbaycanda tək yaşayan insanların sayı niyə artır?

25.11.2026 14:19 Cəmiyyət

Azərbaycanda orta əməkhaqqı ilə normal yaşamaq mümkündürmü?

25.11.2026 13:43 Cəmiyyət

Süfrəmizə zəhər daşıyırmışlar:

25.11.2026 13:25 Cəmiyyət

"BakuBus" avtobusu piyadanı vurub

25.11.2026 13:08 Hadisə

Məhkəmə “Su İdman Sarayı”nı

25.11.2026 12:53 Cəmiyyət

Rəhman Daşdəmirov: "Barselona"ya qarşı ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq"

25.11.2026 12:11 İdman

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ:

25.11.2026 11:57 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək