Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Rəhman Daşdəmirov: "Barselona"ya qarşı ən yaxşı nə...
Rəhman Daşdəmirov: "Barselona"ya qarşı ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq"
İdman

Rəhman Daşdəmirov: "Barselona"ya qarşı ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq"

Xpress.az Redaksiyası 25.11.2026 12:11

"Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirov İspaniyanın "Barselona" klubu ilə qarşılaşmağın hər futbolçunun arzusu olduğunu bildirib.

Xpress.az oxu.az-a istinadla xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə EFE agentliyinə açıqlamasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək oyunla bağlı danışıb.

Azərbaycan millisinin üzvü Kataloniya təmsilçisinin ayrı-ayrı futbolçularına deyil, komanda oyununa diqqət yetirdiklərini vurğulayıb:

"‘Barselona"ya qarşı oynamaq "Sabah" üçün fəxr, hər futbolçu üçün isə arzudur. Biz rəqibin fərdi oyunçularını yox, bütöv komandanı təhlil edirik. Qarşılaşmaya hazırlığımız da məhz buna əsaslanıb. "Barselona"nın gücü kollektivdədir.

Bakı Olimpiya Stadionunun tam dolacağı gözlənilir. Belə tribunalar önündə nəhəng komandaya qarşı oynamaq əlavə məsuliyyətdir. Amma matç başlayanda bütün emosiyalar unudulur. Həmin andan etibarən yalnız oyuna köklənirsən. Lakin güclü komandalara qarşı öz oyun üslubunu qorumaq da çətindir".

Daşdəmirov "Sabah"ın qısa müddətdə Avropanın ən nüfuzlu klub turnirində iştirak etməsini də dəyərləndirib:

"Sabah" doqquz il əvvəl yaradılan klubdur və qısa müddətdə UEFA Çempionlar Liqasında çıxış etməsi böyük işlər görüldüyünü göstərir. Bakıda bu cür böyük Avropa klubları ilə üz-üzə gəlmək artıq planın yerinə yetirilməsi deməkdir. Biz "Barselona" ilə matçda mümkün olan ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də başlayacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Elmira Şabanova vəfat etdi

25.11.2026 19:00 Mədəniyyət

"Bank Respublika"nın sədr müavini vəzifəsindən azad edilib

25.11.2026 18:50 İqtisadiyyat

Dünyada bəzi ölkələr niyə dörd günlük iş həftəsinə keçir?

25.11.2026 18:10 Cəmiyyət

Sifarişiniz gecikir, kuryer yoxdur? Şirkətlərin gizlətdiyi qanuni haqqınız

25.11.2026 17:29 Cəmiyyət

Kəlbəcər qayıdışın və dirçəlişin təntənəsidir

25.11.2026 17:10 Siyasət

Azərbaycan Qadını – Dünən, Bu gün, Sabah -

25.11.2026 16:35 Cəmiyyət

Restoran menyusunda göstərilən qiymətlə hesab fərqli olarsa, müştəri nə etməlidir?

25.11.2026 16:28 Cəmiyyət

İran boğulur:

25.11.2026 16:03 Dünya

Gəncə və Göygölün turizm imkanlarının təşviqi məqsədilə səfər təşkil olunub

25.11.2026 15:50 Turizm

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

25.11.2026 15:37 Cəmiyyət

Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 15:05 Texnologiya

Marketlərdə məhsulların son istifadə tarixi necə yoxlanılmalıdır?

25.11.2026 14:53 Cəmiyyət

Azərbaycanda tək yaşayan insanların sayı niyə artır?

25.11.2026 14:19 Cəmiyyət

Azərbaycanda orta əməkhaqqı ilə normal yaşamaq mümkündürmü?

25.11.2026 13:43 Cəmiyyət

Süfrəmizə zəhər daşıyırmışlar:

25.11.2026 13:25 Cəmiyyət

"BakuBus" avtobusu piyadanı vurub

25.11.2026 13:08 Hadisə

Məhkəmə “Su İdman Sarayı”nı

25.11.2026 12:53 Cəmiyyət

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ:

25.11.2026 11:57 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək