İdman
Yamal "GTA VI" oynadığı üçün Bakıya gəlməyib?
Xpress.az Redaksiyası
25.11.2026 08:45
"Barselona"nın futbolçusu Frenki de Yonq Bakıda keçirilən mətbuat konfransında gözlənilməz sualla qarşılaşıb.
Xpress.az xəbər verir ki, jurnalistlərdən biri niderlandlı yarımmüdafiəçiyə Lamin Yamalın Bakıya gəlməməsinin səbəbi ilə bağlı maraqlı sual ünvanlayıb.
"Lamin Yamal evdə "GTA VI" oynadığı üçün gəlməyib?" sualı Frenki de Yonqu güldürüb. Futbolçu təbəssümlə zalı tərk edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması bu gün saat 21:45-də Bakı Olimpiya Stadionunda baş tutacaq.