Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Sabiq nazir Hüseyn Bağırovun ailəsinin Avropadakı...
Sabiq nazir Hüseyn Bağırovun ailəsinin Avropadakı biznes imperiyası
Cəmiyyət

Sabiq nazir Hüseyn Bağırovun ailəsinin Avropadakı biznes imperiyası ÇÖKÜR

Xpress.az Redaksiyası 26.11.2026 12:58

“Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun oğlu Lətif Bağırovun və digər ailə üzvlərinin Avropadakı bir neçə şirkəti bir-birinin ardınca ləğv edilib”.

Musavat.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edib.

Jurnalist qeyd edib ki, Lətif Bağırov və ailə üzvləri ilə əlaqələndirilən üç Latviya şirkətinin 2025-ci il maliyyə nəticələri uğurlu olmayıb: “Belə ki, “Stamina Hospitality Services” 2025-ci ili 106 602 avro, “Nordfields Investments” (Latviya) isə 522 avro zərərlə başa vurub. Ən pis durumla isə Çexiyadakı “ISLA INVESTMENT s.r.o.” şirkəti üzləşib. 2025-ci il yanvarın 9-da Praqa Şəhər Məhkəməsi şirkətin ləğvetmə proseduruna başlaması barədə qərar qəbul edib və fevralın 12-də ləğvetmə statusu qeydiyyata alınıb. Yeni reyestr tarixçəsinə görə, şirkət hələ də ləğvetmə statusunda görünür”.

Paylaşımda bildirilir ki, Bağırovların Şotlandiyadakı “Nordfields Hospitalities Ltd” şirkəti ötən ilin noyabrında ləğv edilib. Şotlandiyadakı daha bir şirkət — “Nordfields Properties Limited” isə hazırda məcburi ləğvetmə (iflas) prosesindədir:

“Şirkətin 2014-cü ildə aldığı “Buchanan Arms Hotel And Spa” oteli (o vaxtkı satış qiyməti 3 milyon avro) isə iflas qərarının altına düşməyib. Bağırovlar onu hələ 2023-cü ildə “New World Hospitality” şirkətinə satıblarmış. Maraqlıdır ki, bu şirkətin məcburi ləğvi üçün 3 dəfə — 2019, 2022 və 2025-ci illərdə məhkəməyə müraciət olunub. İkinci müraciəti Böyük Britaniyanın vergi orqanı “HM Revenue & Customs” (HMRC) edib. Məhz bundan sonra otel satılıb. Diqqətçəkən məqam odur ki, otel 2023-cü ildə satılsa və onun üzərindəki üç girov bağlansa da, iflas zamanı şirkətin 5,25 milyon funt sterlinq borc öhdəliyi üzə çıxıb. Bunun 85,5 faizi direktorun, yəni Lətif Bağırovun kredit hesabı üzrə öhdəliyini təşkil edir”.

Cavanşir Həsənli əlavə edib ki, iflas qərarından əvvəl şirkətin balansında daha bir daşınmaz əmlak olub: ““Cylex” biznes məlumat bazasında “Carluke, Lanark Road 15” ünvanında yerləşən “Popinjay Hotel”in hüquqi sahibi kimi birbaşa “NORDFIELDS PROPERTIES LIMITED” (SC444402) göstərilir. Otel “LOCH LOMOND AND LANARKSHIRE TRADING LIMITED”in icarəsində olub, lakin məhkəmənin iflas qərarından 3 ay əvvəl Bağırovlar ailəsi onu da satmağa nail olub. Otelin satış qiyməti məlum olmasa da, dəyəri şirkət sənədlərində yarım hektarlıq torpaq sahəsi ilə birgə 2 745 382 funt sterlinq göstərilib. Otel 2015-ci il martın 31-də 1 125 000 funta alınmışdı. 2022-ci il avqustun 18-də oteldə Bağırovların hüquqi mülkiyyətində olduğu dövrdə güclü yanğın baş vermişdi. Məhz bu yanğından cəmi 4 gün sonra Britaniyanın vergi orqanı (HMRC) Bağırovların şirkətinin məcburi ləğvi üçün məhkəməyə müraciət etmişdi”.

Jurnalist otellərin əvvəlcədən satılmasının üç mümkün izahını da diqqətə çatdırıb:

Birinci versiya – şirkəti xilas etmək cəhdi: Direktorlar borcları ödəmək və şirkəti maliyyə böhranından çıxarmaq üçün otelləri satmış, lakin buna nail ola bilməmiş ola bilərlər.

İkinci versiya – əlaqəli kreditorların borclarının qaytarılması: Otellərin satışından gələn vəsait direktor və ya əlaqəli şirkətlərin borclarının ödənilməsinə yönəldilmiş ola bilər.

Üçüncü versiya – aktivlərin məqsədli şəkildə şirkətdən çıxarılması (Asset Stripping): Əgər əmlaklar bazar qiymətindən aşağı satılıbsa və ya satış vəsaiti kreditorların zərərinə əlaqəli şəxslərə ötürülübsə, bu, hüquqi araşdırma predmeti ola bilər.

“Əvvəlki iki versiyanın heç biri sübut olunmur. Üçüncü versiyaya gəlincə, Şotlandiya qanunvericiliyi ən azından ötən il satılmış “Popinjay Hotel”i mübahisələndirə bilər. Yəni hadisələrin ardıcıllığı aktivlərin əvvəlcədən məqsədli şəkildə çıxarılması versiyasının araşdırılmasına əsas verir. Bu uzun əhvalatdan sonra hazırda Böyük Britaniyada sabiq nazirin ailə üzvlərinə məxsus cəmi bir aktiv statuslu şirkət qaldığı məlum olur. Şirkətin 2 milyon funt ümumi aktivləri görünsə də, Lətif Bağırovun birbaşa benefisiar olmaması səbəbindən ləğv olunan şirkətin borc öhdəlikləri bu şirkətə ciddi təhlükə yaratmır”, — deyə jurnalist bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Unibank” müştərisindən şikayət: 70 manatlıq əməliyyat günlərlə vaxt aparır

26.11.2026 16:29 İqtisadiyyat

Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qaldı -

26.11.2026 13:59 Gündəm

Miqren nə üçün qadınlarda daha çox rast gəlinir?

26.11.2026 13:50 Sağlamlıq

Aqil Camaldan ÇAĞIRIŞ: “Azərbaycan heyəti İrəvanda Göy Məscidi ziyarət etməlidir!”

26.11.2026 13:33 Ana səhifə

Azərbaycanda bu şəxslərə gündəlik 100 manat xidmət haqqı

26.11.2026 13:22 Cəmiyyət

Elməddin Quluyev: "Texniki reqlamentlər qiymət artımına səbəb ola bilməz"

26.11.2026 12:42 İqtisadiyyat

Qadınların ən uzun ömür sürdüyü 10 ölkə

26.11.2026 12:12 Cəmiyyət

Şəkildəki duruşunuz münasibətinizin aynasıdırmı?

26.11.2026 11:53 Cəmiyyət

Nar qabıqlarını atmağa tələsməyin:

26.11.2026 11:48 Sağlamlıq

Agentlik: 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb

26.11.2026 11:33 İqtisadiyyat

Yemək soyuducuya isti qoyulmalıdır, yoxsa soyuq?

26.11.2026 11:11 Maraqlı

Süni intellektdən tibdə yeni inqilab:

26.11.2026 10:44 Sağlamlıq

Dövlət Vergi Xidmətində yeni şöbə rəisi təyinatı

26.11.2026 10:19 İqtisadiyyat

Dünyanın ilk kompüter proqramçısı qadın olub

26.11.2026 09:59 Maraqlı

Güclü və özünəinamlı qız uşaqları necə böyütmək olar?

26.11.2026 09:31 Cəmiyyət

İnsanlar niyə getdikcə nağdsız ödənişlərə üstünlük verir?

26.11.2026 08:59 Cəmiyyət

İran Naxçıvanla sərhədə ağır texnika yeritdi

26.11.2026 08:31 Dünya

“Temu”dakı qiymətlərlə bağlı Azərbaycanda araşdırma aparılır

25.11.2026 23:19 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək