Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qa...
Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qaldı -
Gündəm

Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qaldı - Həbslər var

Xpress.az Redaksiyası 26.11.2026 13:59

Azərbaycan rayonlarının birində qadının özünün işlətdiyi “iPhone” markalı telefonu rəfiqəsinə hədiyyə etməsi sonradan onun şantaj olunması ilə nəticələnib.

Xitab24.az-ın məlumatına görə, zərərçəkən qadının rəfiqəsinin 2002-ci il təvəllüdlü əri Xəzər Qəniyev (ad-soyadlar şərtidir) telefona baxış keçirən zaman mobil cihazın “Google” hesabında uyğunsuz şəkillər aşkarlayıb və bundan sonra şantaj fikrinə düşüb.

O, telefon hədiyyə edən qadından şəkillərin yayılmaması üçün 300 manat tələb edərək alıb. Xəzər bu qanunsuz əməli icra edərkən 20 yaşlı tanışı Kərim Hənifəyevlə əlbir olub.

Polisin işə müdaxiləsindən sonra hər iki şəxs saxlanılıb, onlar barəsində cinayət işi açılıb, iş baxılması üçün məhkəməyə göndərilib. Hər iki şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsiri sübuta yetirilib. Məhkəmənin hökmü ilə Xəzər Qəniyev 6 il 6 ay, Kərim Hənifəyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, zərərçəkən qadın mülki qaydada mənəvi təzminat tələbi də irəli sürüb. Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs müştəri qaydada qadına 5000 manat mənəvi təzminat ödəməlidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ali təhsil üzrə Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib

27.11.2026 18:03 İqtisadiyyat

Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb

27.11.2026 17:43 Gündəm

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib

27.11.2026 17:13 Siyasət

Qızıldaşda külək elektrik stansiyası üçün torpaq sahəsi ayrılıb

27.11.2026 16:53 Siyasət

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi -

27.11.2026 16:18 Gündəm

Samur-Abşeron kanalına suyun verilməsi dayandırıldı

27.11.2026 16:03 Hadisə

Horadiz-Ağbənd dəmiryol xəttində beş körpü tikilib -

27.11.2026 13:24 İqtisadiyyat

Bağırsaq sağlamlığını qoruyan 10 qida: Mütəxəssislərdən vacib tövsiyələr

27.11.2026 13:16 Sağlamlıq

Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

27.11.2026 13:03 Siyasət

Kerç boğazı üzərindəki peyk görüntülərində müdaxilə qeydə alınıb-

27.11.2026 12:55 Dünya

"ARB 24"ün 8 yaşı tamam olur

27.11.2026 11:51 Ana səhifə

Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb

27.11.2026 11:11 İqtisadiyyat

Uşaqlarda omeqa-3 çatışmazlığının qarşısını almaq üçün həftədə iki dəfə balıq yemək tövsiyə olunur

27.11.2026 10:59 Sağlamlıq

Vanqanın 2027-ci il üçün proqnozları:

27.11.2026 10:11 Dünya

Coca-Cola-da etiket böhranı:

27.11.2026 09:03 Gündəm

Dünənki Batumi matçı Azərbaycanda baş tutsaydı... -

27.11.2026 08:55 Ana səhifə

Gürcüstan polisi “Beşiktaş” azarkeşləri ilə bağlı

27.11.2026 06:52 İdman

27 noyabrdan etibarən üç bürcün həyatında dəyişiklik olacaq:

27.11.2026 03:32 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək