Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Azərbaycanda daha 124 yeni dövlət standartının lay...
Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb
İqtisadiyyat

Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb

Xpress.az Redaksiyası 27.11.2026 11:11

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi "İstehlak malları" Standartlaşdırma üzrə Texniki Komitə daha 124 yeni dövlət standartının layihəsini hazırlayıb.

Bu barədə Xpress.az  Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin ilk iclası keçirilib. İclasda Agentliyin və AZSTAND-ın nümayəndələri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun, eləcə də "Azersun Holding" MMC-nin və digər aidiyyəti təşkilatların təmsilçiləri iştirak ediblər.

İclas zamanı Texniki Komitənin üzvlüyünə yeni namizədlərin irəli sürülməsi və onların namizədliklərinin səsverməyə çıxarılması məsələləri müzakirə edilib. Bununla əlavə, hazırlanmaqda olan "Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında", "Qablaşdırmanın təhlükəsizliyi haqqında" və "Yüngül sənaye məhsullarının təhlükəsizliyi haqqında" milli texniki reqlamentlərin əsas tələblərinin təmin edilməsi məqsədilə istinad standartları kimi tətbiqi nəzərdə tutulan 124 yeni dövlət standartı layihəsi müzakirə olunub. Müzakirələr zamanı standart layihələri ilə bağlı iştirakçıların rəy və təklifləri dinlənilib, sənədlərin təkmilləşdirilməsi istiqamətində müvafiq məsələlər nəzərdən keçirilib. Yekunda standart layihələrinin qəbulu üçün AZSTAND-a təqdim olunması barədə müvafiq qərar qəbul edilib.

Texniki Komitənin əsas məqsədi məişətdə istifadə olunan qeyri-ərzaq məhsulları, şəxsi istifadə vasitələri, ev və məişət ləvazimatları, plastik, kağız və karton məmulatları, məktəb və dəftərxana ləvazimatları, qablaşdırma materialları və digər istehlak malları sahəsində dövlət, beynəlxalq, regional və dövlətlərarası standartların hazırlanması prosesində maraqlı tərəflərin fəal iştirakını təmin etməkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ali təhsil üzrə Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib

27.11.2026 18:03 İqtisadiyyat

Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb

27.11.2026 17:43 Gündəm

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib

27.11.2026 17:13 Siyasət

Qızıldaşda külək elektrik stansiyası üçün torpaq sahəsi ayrılıb

27.11.2026 16:53 Siyasət

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi -

27.11.2026 16:18 Gündəm

Samur-Abşeron kanalına suyun verilməsi dayandırıldı

27.11.2026 16:03 Hadisə

Horadiz-Ağbənd dəmiryol xəttində beş körpü tikilib -

27.11.2026 13:24 İqtisadiyyat

Bağırsaq sağlamlığını qoruyan 10 qida: Mütəxəssislərdən vacib tövsiyələr

27.11.2026 13:16 Sağlamlıq

Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

27.11.2026 13:03 Siyasət

Kerç boğazı üzərindəki peyk görüntülərində müdaxilə qeydə alınıb-

27.11.2026 12:55 Dünya

"ARB 24"ün 8 yaşı tamam olur

27.11.2026 11:51 Ana səhifə

Uşaqlarda omeqa-3 çatışmazlığının qarşısını almaq üçün həftədə iki dəfə balıq yemək tövsiyə olunur

27.11.2026 10:59 Sağlamlıq

Vanqanın 2027-ci il üçün proqnozları:

27.11.2026 10:11 Dünya

Coca-Cola-da etiket böhranı:

27.11.2026 09:03 Gündəm

Dünənki Batumi matçı Azərbaycanda baş tutsaydı... -

27.11.2026 08:55 Ana səhifə

Gürcüstan polisi “Beşiktaş” azarkeşləri ilə bağlı

27.11.2026 06:52 İdman

27 noyabrdan etibarən üç bürcün həyatında dəyişiklik olacaq:

27.11.2026 03:32 Cəmiyyət

Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü

26.11.2026 20:40 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək