Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Trampın sülh təşəbbüsləri və Azərbaycanın nümunəvi...
Trampın sülh təşəbbüsləri və Azərbaycanın nümunəvi rolu
Siyasət

Trampın sülh təşəbbüsləri və Azərbaycanın nümunəvi rolu

Xpress.az Redaksiyası 27.10.2025 16:45

ABŞ Prezidenti Donald Trampın Asiyada sülhün təşviqi istiqamətində atdığı addımlar, eləcə də Azərbaycan və Ermənistan münasibətlərində göstərdiyi təşəbbüslər onun qlobal sabitliyə verdiyi töhfə kimi dəyərləndirilə bilər. Lakin Trampın Rusiya ilə münasibətlərinə fərqli yanaşması diqqət çəkir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Xpress.az-a açıqlama verib. Deputat bildirib ki, Azərbaycan və Ermənistan arasında hazırda formalaşan konstruktiv mühit müharibədən sonrakı dövrdə atılan sülh addımlarının nəticəsidir.
“İki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin hazırlanması məqsədilə xarici işlər nazirləri tərəfindən ABŞ-da sənədin paraflanması bu istiqamətdə atılmış mühüm addımdır. Bu, bir daha göstərdi ki, sülhün bərqərar olunmasında əsas rol Azərbaycan Prezidentinə — cənab İlham Əliyevin konstruktiv mövqeyi və təşəbbüslərinə məxsusdur”, — deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-da keçirilən üçtərəfli görüşdə sənədlərin imzalanması, Prezident Trampın iştirakı və şahidliyi ilə baş tutaraq prosesin beynəlxalq legitimliyini daha da möhkəmləndirib.
Deputat qeyd edib ki, Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşməsi, Budapeşt görüşünün təxirə salınması və Alyaska danışıqlarının nəticəsiz qalması qlobal sülh prosesinə mənfi təsir göstərir.
“Rusiya-Ukrayna müharibəsi, enerji infrastrukturuna zərbələr və nüvə başlıqlı raketlərin yerləşdirilməsi ilə bağlı müzakirələr vəziyyətin təhlükəli həddə çatdığını göstərir. Moskvanın nüvə triadasını aktivləşdirməsi və raket təlimləri keçirməsi NATO və ABŞ-a yönəlik xəbərdarlıq kimi qiymətləndirilir”, — deputat əlavə edib.
Tural Gəncəliyev vurğulayıb ki, bu gərgin beynəlxalq şəraitdə Ermənistan–Azərbaycan münaqişəsinin məhz Azərbaycanın siyasi iradəsi və diplomatik bacarığı nəticəsində sülh yolu ilə həll olunması xüsusi əhəmiyyət daşıyır.
“Bu, Prezident İlham Əliyevin müdrik və praqmatik siyasətinin bəhrəsidir. Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlar dünya miqyasında sülh və diplomatiya nümunəsi kimi dəyərləndirilə bilər.”

AFAQ

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək