Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Türkiyənin robotik mühəndislik möcüzəsi -
Türkiyənin robotik mühəndislik möcüzəsi -
Siyasət

Türkiyənin robotik mühəndislik möcüzəsi - "ALTAY" TANKLARI

Xpress.az Redaksiyası 28.10.2025 17:15

Türkiyə tank və zirehli vasitə istehsalında dünyanın sayılı mərkəzlərindən birinə çevrildi, 682 min kvadratmetrlik sahədə robotik qaynaq sistemləri ilə ildə 96 ALTAY tankı istehsal olunacaq.

Xpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün ALTAY Tankı Seriyalı İstehsal Təsisinin Açılışı və İlk Tank Təhvil Mərasimində deyib.

O qeyd edib ki, bu gün artıq 800 mühəndis, 1250 işçi və 90 alt podratçıdan ibarət nəhəng bir komanda, 17,5 milyon mühəndislik saatı, 35 min kilometrlik testlər və 3 min 700 atışla Yeni ALTAY-ı gələcəyə hazırlayırlar:

"ALTAY-ımız 2 il zəmanət və 6 il logistik dəstəklə sahədə uzunömürlü bir uğuru təmin etməkdədir. 35 min səhifəlik dizayn, 16 min tələb, 120 test proseduru və 50 min test addımı ilə hər detalı mükəmməlliyə həsr olunmuş bir mühəndislik möcüzəsidir".

Bildirilib ki, gələcəyin tankları da bu təsisdə formalaşacaq. 

Təsisdə yerləşən Zireh Açıq Test Sahəsi, Balistik Qorunma Mərkəzi, istehsal təsisləri və geniş test mərkəzlərinin Türk müdafiə sənayesinə önəmli töhfələr verəcəyini vurğulayan Görgün, bunları qeyd etdi:

"Bu güclü infrastruktur təkcə bu günün ehtiyaclarını qarşılamaqla kifayətlənməyəcək, gələcəyin tanklarını, gələcəyin zirehli vasitələrini formalaşdıracaq, quru platformalarında milli qabiliyyətin səviyyəsini daha da yuxarıya daşıyacaqdır. HAB Bölgəsində yüksələn bu zavod Türkiyənin tank və zirehli vasitə istehsalında dünyanın sayılı mərkəzlərindən birinə çevrildi".

Qeyd edək ki, müasir hərb sahəsinin bütün ehtiyacları nəzərə alınaraq inkişaf etdirilən ALTAY Tankı'nın, 7 metr 118 santimetr uzunluğa və 3 ton ağırlığa malik 120 millimetrlik 55 kalibrli "əsas silah sistemi" Milli Müdafiə Nazirliyinə (MSB) bağlı Maşın və Kimya Sənayesi Anonim Şirkəti (MKE) tərəfindən istehsal edilib.

NATO standartına uyğun sursatlardan da istifadə edə bilən və 3 min metr effektiv əhatə dairəsinə malik olan "əsas silah sistemi" xüsusi ərintili poladdan istehsal olunub. Əsas silah sistemi, həmçinin dəqiqədə 6 atəş aça bilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək