Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan məhdudiyyətləri aradan qaldırdı, növbə...
Azərbaycan məhdudiyyətləri aradan qaldırdı, növbə Ermənistandadır
Siyasət

Azərbaycan məhdudiyyətləri aradan qaldırdı, növbə Ermənistandadır deputatdan açıqlama

Xpress.az Redaksiyası 03.11.2025 14:01

Cənubi Qafqazda sülh prosesinin gedişi və regional əməkdaşlıq imkanlarının genişlənməsi fonunda Ermənistanın atacağı addımlar xüsusi diqqət mərkəzinə çevrilib. Xüsusilə, infrastruktur və nəqliyyat əlaqələrinin açılması istiqamətində qəbul olunacaq mümkün qərarlar regionun gələcək geosiyasi mənzərəsini dəyişə bilər. Mütəxəssislər hesab edirlər ki, bu proses yalnız iqtisadi deyil, həm də siyasi balans baxımından mühüm nəticələr doğura bilər. Məsələ ilə bağlı deputat Azər Badamov Xpress.az-a müsahibəsində fikirlərini bölüşüb.

Deputat bildirib ki, Azərbaycan Ermənistana daşınacaq tranzit yüklərinə tətbiq olunmuş məhdudiyyətləri aradan qaldırıb. “Təbii ki, uzun illər dünyadan təcrid olunmuş Ermənistana qarşı tətbiq edilən bu məhdudiyyətlərin aradan qaldırılması Azərbaycanın sülh gündəliyinə sadiqliyinin bariz nümunəsidir,” – deyə o qeyd edib.

Azər Badamovun sözlərinə görə, tranzit yüklərlə bağlı məhdudiyyətin götürülməsi Ermənistan üçün son dərəcə vacib idi, çünki bu ölkənin yükdaşıma marşrutları çox məhduddur. “Azərbaycan bu addımı atmaqla Ermənistana ilin bütün günlərində rahat şəkildə yükdaşımalar həyata keçirməyə imkan yaradıb,” – deputat vurğulayıb.

O əlavə edib ki, Ermənistan da öz növbəsində ərazisindən Azərbaycan tranzit daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. Lakin deputatın fikrincə, Azərbaycan üçün Ermənistan üzərindən yüklərin daşınması hələlik aktual deyil:
“Bu prosesin baş tutması üçün Türkiyə–Ermənistan və Azərbaycan–Ermənistan sərhədləri açılmalıdır. Hazırda bu sərhədlər bağlı olduğundan, Ermənistanın açıqlamaları hələlik yalnız söz olaraq qalır. Sərhədlərin açılması isə yekun sülh müqaviləsinin imzalanmasından keçir. İki ölkə arasında sülh olmadan sərhədlərin açılması mümkün deyil.”

Deputat əlavə edib ki, Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edərək yekun sülh müqaviləsini imzalamalıdır. Bu, regionda kommunikasiya xətlərinin açılması üçün əsas şərtlərdən biridir.

Azər Badamov həmçinin Zəngəzur dəhlizi məsələsinə də toxunub:
“Ermənistan çalışmalıdır ki, Azərbaycanın bu məhdudiyyəti aradan qaldırması fonunda Zəngəzur dəhlizinin açılması istiqamətində səylərini intensivləşdirsin. Əgər Ermənistan bu məsələlərdə real addımlar atarsa, o zaman regional sülh və əməkdaşlığın inkişafına töhfə vermiş olar.”

Deputatın sözlərinə görə, hələlik Ermənistanın açıqlamaları yalnız kağız üzərində qalır:
“İstəyərdik ki, Ermənistan da sülh və əməkdaşlığın inkişafı istiqamətində praktiki addımlar atsın.”


Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək